Accessibility links

İspaniyanın Kataloniya bölgəsində millətçilər səs çoxluğu qazanıb


İspaniyanın şimal-şərq bölgəsində yerləşən Kataloniyanın millətçi partiyaları bazar günü yerli parlament seçkilərində qələbə qazanıb, lakin müstəqillik haqqında referendum üçün mandat ala bilməyib.

Rəsmi nəticələr parlamentdəki yerlərin əksəriyyətinin millətçi partiyalar tərəfindən tutulacağını göstərir, lakin müstəqillik tərəfdarı olan hazırkı bölgə prezidenti Artur Masın ittifaqı 135 nəfərlik parlamentdə əksəriyyət qazana bilməyib.

Müstəqillik tərəfdarı olmayan Sosialist Partiyası (PSC) parlamentdə səkkiz yer itirib.

Mas göstərdiyi dəstəyə görə öz ittifaqına təşəkkürünü bildirib, lakin indi idarəçilik üçün məsuliyyətin bölüşdürülməsinin vacib olduğunu etiraf edib.

Artur Masın Kataloniyadakı hökuməti Baş Nazir Mariano Rajoy tərəfindən idarə olunan mərkəzi hökumətlə hakimiyyət uğrunda mübarizənin bir hissəsi olaraq erkən seçkilərin keçirilməsinə çağırıb.

Fabriklərə, banklara və digər sənaye növlərinə ev sahibliyi eliyən Kataloniya iqtisadiyyatı İspaniya iqtisadiyyatının beşdə birini təşkil edir.

Kataloniyalıların çoxu bölgənin iqtisadiyyata verdiyi tövhələrin qarşılığında mərkəzi hakimiyyət tərəfindən az pay ayrıldığına inanır.
XS
SM
MD
LG