Accessibility links

İspaniya iyul ayında xarici turistləri qəbul etməyi planlaşdırır


Avropada koronavirus səbəbi ilə ən sərt karantin qaydalarının tətbiq edildiyi ölkələrdən biri olan İspaniya məhdudiyyətləri aradan qaldıraraq, bazar ertəsi xarici turistləri ölkəyə iyul ayında dəvət etsə də turizm sənayesi yay fəslində biznesin bərpa olunacağına şübhə ilə yanaşır.

Dünyanın ən çox ziyarət edilən ikinci ölkəsi mart ayında COVID-19 pandemiyasına görə qapılarını və çimərliklərini bağlamalı oldu. Lakin ağır günləri arxada qoyan ölkə bir neçə həftədən sonra xaricdən gələnlər üçün 14 günlük karantini qaldırmağı planlaşdırır.

"İyul ayında yay tətilini İspaniyada keçirməyi planlaşdırmaq məqsədəuyğundur" - deyə, turizm naziri Reyes Maroto `Onda Cero` radiosuna bildirib.

Adətən ildə 80 milyon ziyarətçi qəbul edən İspaniyanin ümumi daxili məhsulunun 12 faizdən çoxunu və iş yerlərinin böyük hissəsini turizm təşkil edir. Buna görə də yay fəsli yaxınlaşmaqda olan iqtisadi tənəzzülün qarşısının alınmasında böyük rol oynaya bilər.

Bazar ertəsindən etibarən açıq havada məkanların müştərilərin sayını yarıya endirməklə açılmasına icazə verilsə də, Madrid və Barselonadakı bir çox bar və restoran sahibləri bunun itkilərlə nəticələnəcəyini düşünərək, bağlı qalmağa qərar verib.

Əlcəkli və maskalı işçilərin təmizlik işləri aparması və masaların bir-birindən aralı yerləşdirilməsindən sonra açılan bəzi restoran və kafelərin sahibləri hələ nikbinlik nümayiş etdirmir.

XS
SM
MD
LG