Accessibility links

İspaniya xilasetmə xidməti Aralıq dənizini keçmək istəyən 104 miqrantı xilas edib


İspaniyanın dəniz xilasetmə xidməti Şimali Afrikadan Avropaya keçməyə çalaşaraq, Aralıq dənizini vasitəsilə təhlükəli səfərə çıxan 104 miqrantı xilas etdiyini bildirib.

Xilasetmə xidmətinin iki gəmisi bazar günü gecə və səhər saatlarında Gibraltar (Cəbəlüttariq) boğazını keçməyə çalışan, birində 53, o birisində isə 22 adamı daşıyan iki qayıq aşkar edib.

Mühafizə xidmətinin patrul gəmisinin sularda aşkar etdiyi daha 25 miqrant da bu gəmilərdən birinə köçürülüb.

Salvamar Danebola adlı daha bir xilasetmə gəmisi isə död miqrantı sahilə daşıyan rezin qayığı aşkar edib.

Hər il on minlərlə miqrant qaçaqmalçıların dəniz suları üçün yararsız qayıqlarında Avropaya çatmağa çalışır. Buna cəhd edən minlərlə insan təhlükəli yolda həyatını itirir.

XS
SM
MD
LG