Accessibility links

İspaniyanın boks üzrə qadın çempionu


İspaniyanın boks üzrə qadın çempionu
please wait

No media source currently available

0:00 0:01:58 0:00

Məişət zəminində zorakılığa məruz qalan və hazırda iki uşaq anası olan Miriam Qutierrez İspaniyanın boks üzrə çempionudur. O, həm də qarşısına qadın hüquqları əleyhdarlarına qarşı mübarizə etmək kimi məqsəd qoymuş qanunvericiridir.

2019-cu ilin mart ayında boksçu Mirriam Qutierrez Madrid kazinosunda keçirilən daha bir yarışda qələbə qazandı. 21 yaşında hamilə olanda Miriamın görüşdüyü şəxs onu elə döymüşdü ki, o, vaxtından əvvəl doğmalı olmuşdu. “Mən səkkiz aylıq hamilə idim, doğmağıma az qalmışdı. O mənim üzümə elə vurdu ki, bir neçə yerdə sümüyümü qırdı. Mən yerə yıxıldım. O anda mənim ağlıma bir ananın ağlına gələ biləcək şey gəldi “mənim qızımın ürəyi hələ də döyünürmü?”.”

Onun qızının ürəyi döyünürdü. Miriamın məşçqçisi ona diqqətini ailəsinə yönəltməli və çətinliklərlə mübarizə aparmalı olduğunu tövsiyə etdi. “O mənim qızımı qucağına aldı və mənə hıyatımı dəyişməli, təlimlərə başlamalı olduğumu dedi. Bu hadisə 13 il əvvəl olmuşdu.”

Bu 13 ildə Miriam Qutierrez "gender zorakılığına son" heştegi altında Avropa çempionu, Madrid ətrafındakı dairədən seçkili rəsmi və natiq oldu. “Əgər siz qonaqlığa gedirsinizsə, gedin. İçin və əylənin. Lakin siz yanınızdakı insana görə cavabdeh olmalısınız.”

Onun sözlərinə görə, model olmaq hələ reallıq deyil. “İnsanlar mənə “gör nələrə nail oldun, mən sənin kimi olmaq istəyirəm, mən ayağa qalxıb, döyüşəcəyəm” deyirlər. Mən bunun gözəl iş olduğunu düşünürəm.”

Yoldaşlarının "kraliça” çağırdığı Qutierrez siyasətdə yenidir. Lakin o, ofisdə qadın hüquqlarının müdafiəsi, rinqdə isə dünya çempionluğu uğrunda mübarizə aparacağını deyir.

XS
SM
MD
LG