Accessibility links

İspaniyada vulkan lavası zəlzələyə səbəb olub


Bazar ertəsi İspaniyanın La Palma adasında kraterin bir hissəsi yıxıldıqdan sonra püskürən vulkandan lava axınının artması daha çox zəlzələyə səbəb olub.

Rəsmilər qaynar dağ lavasının əvvəlkilər kimi dənizə doğru axdığı üçün bölgədən daha çox adamın çıxarılacağını gözləmədiklərini bildirib.

İspaniyanın Milli Coğrafiya İnstitutunun bildirdiyinə görə, Afrikanın şimal-qərbindəki Kanar adalarından birində vulkan püskürməsindən iki həftə sonra bazar ertəsi səhər saatlarında 3.0 bal gücündə iki zəlzələ qeydə alınıb.

"Hələ bitməyib, nə qədər vaxt aparacağını da bilmirik. "Biz təbiətin əlindəyik" - deyə, Kanar adalarının regional prezidenti Angel Viktor Torres RTVE telekanalına verdiyi açıqlamasında bildirib.

Təxminən 85000 insanın yaşadığı La Palmanın əksəriyyəti püskürmənin təsirinə məruz qalıb. Sürətli evakuasiya insan itkisinin qarşısını alıb.

Lakin lava ictimai mülkiyyətə, infrastruktura və əkin sahələrinə ciddi ziyan vurub.

Avropa İttifaqının Peyk Monitorinq Agentliyinin bildirdiyinə görə, indiyə qədər 1000-dən çox ev tamamilə və ya qismən dağılıb, 34 kilometrlik yol və 400 hektar əkin sahəsi sıradan çıxıb.

Yerli rəsmilər lava axınının ümumi təchizat borularını sıradan çıxartdığı üçün evlərə içməli su paylamalı olduqlarını bildirib.

Kanar adalarının Vulkanik Təcili Yardım Komitəsi havanın keyfiyyətinin pis olması səbəbindən təcili yardım işçiləri və elm adamlarını ərazini tərk etməyə çağırıb.

XS
SM
MD
LG