Accessibility links

İsrail Qəzzanın şimal, mərkəz və cənubunda əməliyyatlarını davam etdirib


İsrail ordusunun HƏMAS-ı məhv etmək üçün Qəzzanın şimalında, mərkəzində və cənubunda hava və qurudan əməliyyatlarını davam etdiyi bir vaxt İordan çayının qərb sahilində HƏMAS militant qruplaşmasına maliyyə yardımı etdiyi iddia edilən insanları hədəf alan reydlər keçirdiyini bildirib.

İsrail Müdafiə Qüvvələrinin açıqlamasında İordan çayının qərb sahilindəki əməliyyatdlara 21 nəfərin həbs və on milyonlarla İsrail pulunun müsadirə edildiyi bildirilib.

İsrail qüvvələri Cenin bölgəsinə də hava hücumu həyata keçirib. Fələstinlilər İsrail əsgərlərini atəşə tutduğu üçün quru qoşunları onlara cavab atəşi açıb.

BMT-nin İnsan Haqları ofisinin cümə axşamı açıqladığı hesabatda HƏMAS-ın oktyabrın 7-də İsrailə hücumundan sonra İordan çayının qərb sahilində insan haqlarının vəziyyətinin "kəskin şəkildə pisləşdiyi" deyilib.

Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarlığı oktyabrın 7-dən bəri İordan çayının qərb sahilində 300 fələstinlinin öldüyünü, 291 fələstinlinin İsrail qüvvələri, 8-i israilli köçkünlər və 1 nəfərin isə ya İsrail qüvvələri, ya da məskunlaşanlar tərəfindən öldürüldüyünü təsdiqlədiyini bildirib.

Hesabatda deyilib ki, ölüm hallarının əksəriyyəti fələstinlilərlə İsrail əsgərləri arasında qarşıdurma və toqquşmalar zamanı, eləcə də etiraz aksiyaları və İsrail əsgərlərinin Fələstin şəhərlərində keçirdikləri əməliyyatlar zamanı baş verib.

"Hüquq-mühafizə kontekstində hərbi taktika vasitələri və silahlardan istifadə, lazımsız və ya qeyri-mütənasib güc tətbiqi, fələstinlilərə təsir edən geniş, özbaşına və ayrı-seçkilik xarakterli hərəkət məhdudiyyətlərinin tətbiqi olduqca narahatedicidir" - deyə, BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Turk bildirib.

Forum

XS
SM
MD
LG