Accessibility links

İsrail İordan çayının Qərb sahilində zorakılıqlardan sonra bölgəyə yüzlərlə əlavə əsgər yerləşdirib


İsrail fələstinli silahlının iki israillini öldürməsindən və orada məskunlaşan sakinlərin Fələstinin şəhərində evləri və avtomobilləri yandıraraq, onilliklərin ən dəhşətli zorakılığını törətməsindən bir gün sonra bazar ertəsi işğal altındakı İordan çayının Qərb sahilinə əlavə yüzlərlə hərbçi yerləşdirib.

İğtişaşlara reaksiya İsrailin yeni sağçı hökumətində bəzi fkir ayrılıqlarının olduğunu üzə çıxarıb. Belə ki, baş nazir Binyamin Netanyahu sakitliyə çağırarkən, onun hakim koalisiyasının bir üzvü bunu fələstinlilərin hücumlarına qarşı çəkindirici vasitə kimi qiymətləndirib.

Hadisələr həmçinin ABŞ-ın uzun müddətdir davam edən İsrail-Fələstin münaqişəsinə ənənəvi yanaşmasındakı məhdudiyyətlərini vurğulayır: Vaşinqton təməl fikir ayrılıqlarının həlli üçün təzyiq göstərmək kimi siyasi cəhətdən daha mürəkkəb vəzifədən uzaq durduğu halda eskalasiyanın qarşısını almağa çalışırdı.

İordan çayının Qərb sahilində zorakılıqlar davam etdiyi bir vaxt, münaqişənin həlli istiqamətində belə bir cəhd bazar günü İordaniyada ABŞ-ın gərginliyi azaltmaq məqsədi ilə İsrail və Fələstin rəsmilərini bazar günü İordaniyada bir araya gətirdiyi zaman baş verdi.

Zorakılıqlar bazar günü fələstinli silahlının yəhudilərin yaşadığı Har Braça qəsəbəsindən olan 21 və 19 yaşlı Hillel və Yagel Yaniv qardaşlarını İordan çayının Qərb sahilinin şimalında yerləşən Havara fələstin qəsəbəsində pusquda güllələyərək öldürməsindən sonra başlayıb. Silahlı şəxs qaçıb.

Qardaşların qətlindən sonra bir qrup yəhudi Havarada həm fələstinlilər, həm də israillilərin istifadə etdiyi əsas yolda iğtişaşlar yaradıb. Videolardan birində izdihamın alovlar içərisində olan binaya baxarkən dua etdiklərini görmək olub.

Fələstinin səhiyyə rəsmilərinin bildirdiyinə görə, bazar günü axşam saatlarında 37 yaşlı bir fələstinli İsrailin açdığı atəş nəticəsində öldürülüb, iki fələstinli isə yaralanıb, digəri isə dəmir barmaqlıqlarla döyülüb. Həkimlərin dediyinə görə, gözyaşardıcı qazdan zəhərlənən 95-ə yaxın fələstinli müalicə olunub.

XS
SM
MD
LG