Accessibility links

Fələstinlilər: İsrail ordusunun reydi zamanı İordan çayının Qərb Sahilində bir yeniyetmə öldürülüb


Fələstin Səhiyyə Nazirliyinin bildirdyinə görə, İsrail qüvvələri bazar ertəsi işğal altında olan İordan çayının Qərb Sahilində keçirdikləri reyd zamanı bir fələstinli yeniyetməni güllə ilə vuraraq öldürüb.

İordan çayının Qərb sahilindəki şəhər, qəsəbə və kəndlərdə demək olar hər gecə reydlər keçirən İsrail hərbçilər tərəfindən hadisə ilə bağlı şərh verilməyib. Bu il İsrail qüvvələrinin atəş açması nəticəsində onlarla fələstinli öldürülüb. Bu müddət ərzində fələstinlilərin israillilələ hücumları nəticəsində 19 nəfər həlak olub.

Fələstin Səhiyyə Nazirliyi yeniyetmənin 17 yaşlı Cibril Əl-Lada olduğunu bildirib. Nazirlik bildirib ki, İordan çayının Qərb Sahilində Yerixo şəhəri yaxınlığındakı Aqabat Cabr qaçqın düşərgəsində baş verən qarşıdurma zamanı daha üç nəfər ağır yaralanıb. Düşərgə tez-tez İsrailin keçirdiyi reydlərin hədəfi olub.

İsrail reydlərə keçən ilin yazında Fələstinin silsilə hücumlarından sonra başlayıb. Bu, İordan çayının Qərb Sahilində İsrail və fələstinlilər arasında son illərdə ən ağır döyüşlərə səbəb olub. İsrail reydlərin gələcək hücumların qarşısını almaq üçün olduğunu desə də, israillilərə qarşı zorakılıqlar səngimək bilmir.

İsrailin aparıcı hüquq müdafiə təşkilatı olan “B'Tselem”in məlumatına görə, keçən il İordan çayının Qərb Sahilində və şərqi Qüdsdə 150-yə yaxın fələstinli öldürülüb və 2022-ci il bununla 2004-cü ildən bəri ən ölümcül il olub.

Associated Press agentliyi bu il ölənlərin sayının artdığını, İsrailin atəşi nəticəsində 98 fələstinli həlak olduğunu, onlardan təxminən yarısının yaraqlı qruplarla əlaqəsi olduğunu bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG