Accessibility links

İsrailin İordan çayının Qərb sahilinə reydi zamanı azı 10 fələstinli ölüb


Çərşənbə günü İsrail əsgərlərinin Fələstinin işğal altındakı İordan çayının Qərb sahilinin böyük bir şəhərinə gündüz saatlarında keçirdiyi nadir reydi zamanı baş verən atışmada azı 10 fələstinli ölüb, çox sayda insan yaralanıb.

Bir binanı xarabalığa çevirən və bir sıra dükanı güllələrlə dəlib-deşən reyd İordan çayının Qərb sahili və şərqi Qüdsdə təxminən bir il davam edən döyüşlərdən ən qanlısı olub. Fələstin rəsmiləri ölən 10 nəfər arasında 72 yaşlı kişinin olduğunu, 102 nəfərin isə yaralandığını bildirib.

Reys zamanı çox sayda insanın ölməsi qan tökülməsi ehtimalını artırıb. Keçən ay oxşar basqının ardınca fələstinlilər Qüdsdəki sinaqoqun qarşısında ölümlə nəticələnən hücum həyata keçirib, silahlı HƏMAS qruplaşması isə "səbrinin tükəndiyi" barədə xəbərdarlıq edib.

İsrail ordusu İordan çayının Qərb sahilindəki şəhərə axtarışda olan 3 şübhəli militantı həbs etmək üçün girdiyini bildirib.

Ordu binanı mühasirəyə alıb və binadakıların təslim olmalarını istəyib, Lakin onlar atəş açıb. Həmin şəxslərin üçünün də atışma zamanı öldürüldüyü bildirilib.

Bildirildiyinə görə, basqın zamanı silahlı şübhəlilər "İsrail qüvvələrini güclü atəşə tutub" və İsrail əsgərləri cavab atəşi açıb. Digərlərinin isə əsgərlərə daş və partlayıcı qurğular atdığı deyilib. İsraillilər arasında itki olmayıb.

Fələstin Səhiyyə Nazirliyi 102 yaralıdan altısının vəziyyətinin ağır olduğunu bildirib. Fələstinin militant qrupu ölənlərdən üçünün qrupun üzvü olduqlarını iddia edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Əvəz Zeynallıya 9 il həbs cəzası verildi
please wait

No media source currently available

0:00 0:13:34 0:00
XS
SM
MD
LG