Accessibility links

İsrail ölkənin cənubuna raket zərbələri endiriləndən sonra Qəzzəyə hücum edib


Qəzzə. 16 iyul, 2022.
Qəzzə. 16 iyul, 2022.

Şənbə günü İsrailin cənubunda hava sirenləri sakinlərə Qəzzədən raket hücumunun olacağı barədə xəbərdarlıq edib.

İsrail bildirib ki, İsrailə dörd raket atılıb. Ordunun bildirdiyinə görə, onların birinin qarşısı alınıb, digər üçü isə açıq əraziyə düşüb.

İsrailin Müdafiə Qüvvəsi qırıcı təyyarə ilə cavab zərbəsi endirərək, Həmasın iki obyektini hədəf aldığını bildirib. Müdafiə Qüvvəsi obyektlərdən birinin “raketlərin istehsalı üçün istifadə olunan xam materialların saxlandığı yeraltı obyekt” olduğunu bildirib.

Həmas Qəzzə zolağını idarə edən militant qrupdur.

Hücum ABŞ Prezidenti Co Bayden Yaxın Şərqə səfəri çərçivəsində ilk dayanacağı olan İsraili tərk edəndən bir neçə saat sonraya təsadüf edib. Baydenin səfərinin məqsədi İsrailin regiona inteqrasiyasını dərinləşdirməkdir.

Həmasın sözçüsü Fəvzi Barhum Reuters-ə bildirib ki, İsrailin Qəzzəyə hücumu “ABŞ-ın dəstəyi və sionist qurumun təcavüz və cinayətlərini davam etdirməsi üçün təşviqi”ni əks etdirir.

XS
SM
MD
LG