Accessibility links

Girovların ailələri HƏMAS liderlərinə qarşı ittihamlar irəli sürülməsi üçün Beynəlxalq Cinayət Məhkəməsinə müraciət edib


Oktyabr ayında İsrailə hücum zamanı HƏMAS militantları tərəfindən girov götürülən insanların bir qrup ailə üzvü HƏMAS liderlərinə qarşı cinayət işi açılması üçün Beynəlxalq Cinayət Məhkəməsinə müraciət edib.

Girovlar və İtkin Ailələr Forumu çərşənbə günü Haaqa məhkəməsində "girov götürülmə, zorla yoxa çıxarılma, cinsi zorakılıq, işgəncələr və daha ağır iddiaları əhatə edən" cinayətlərə dair ittihamların irəli sürülməsi istiqamətində səy göstərəcyini bildirib.

İsrailin hesablamalarına görə, oktyabrın 7-də HƏMAS militantları təxminən 250 nəfəri girov götürüb və 1200 nəfəri qətlə yetirib.

Noyabr ayında bir həftə davam edən atəşkəs zamanı girovlardan 100-dən çoxu azad edilib. İsrail bildirir ki, Qəzzada qalan girovlardan daha 30 nəfəri ya ölüb, ya da öldürülüb.

Çərşənbə axşamı Qahirədə ABŞ, İsrail, Qətər və Misir rəsmilərini bir araya gətirən sessiya da olmaqla, yeni atəşkəsə nail olmaq üçün danışıqlar davam edir.

ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi çərşənbə axşamı jurnalistlərə deyib ki, danışıqlar "konstruktiv və düzgün istiqamətdə gedir".

İsrail ordusu son həftələrdə diqqət mərkəzində olan Xan Yunis bölgəsi də daxil olmaqla, çərşənbə günü Qəzzanın mərkəzi və cənubunda hava və qurudan yeni əməliyyatlar həyata keçirdiyini bildirib.

Beynəlxalq liderlər İsraildən çox sayda fələstinlinin müharibədən qaçaraq sığındığı Xan Yunisdən 9 kilometr cənubda yerləşən Rəfah şəhərinə qurudan hücumu dayandırmağı xahiş edib.

BMT-nin humanitar məsələlər üzrə komissarı Volker Turk Rəfahda "təxminən 1,5 milyon fələstinlinin Misir sərhədinə toplandığı və qaçmaq üçün heç bir yer olmadığı" barədə xəbərdarlıq edib.

"Mən səmimiyyətlə ümid edirəm ki, girovların azad edilməsi və hərbi əməliyyatların hansısa formada dayandırılması ilə bağlı danışıqlar uğurla nəticələnəcək ki, bu, humanitar sistem yerləşdiyi Rəfaha genişmiqyaslı hücumun qarşısını alacaq. Əks halda bunun nəticələri fəlakətli olacaq", - Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş çərşənbə axşamı jurnalistlərə deyib.

Forum

XS
SM
MD
LG