Accessibility links

İsrail yardım daşıyan gəmiyə xəbərdarlıq edib


İsrail xəbərdarlıq edib ki, Liviyanın yardımını daşıyan gəmi Qəzzaya yaxınlaşmağa çalışsa, İsrailin hərbi dəniz qüvvələri tərəfindən saxlanılacaq

İsrail Fələstin ərazisinin İsralin hərbi dəniz qüvvələrin tərəfindən blokadasına əhəmiyyət verməyərək, Qəzza Zolağına Liviyadan yardım daşıyan gəmiyə xəbərdarlıq edib.

İsrail rəsmiləri bildiriblər ki, gəmi yükünü yaxınlıqda Misrin El-Ariş limanında boşalda bilər, lakin Qəzzaya yaxınlaşmağa çalışsa, İsrailin hərbi dəniz qüvvələri tərəfindən saxlanılacaq. Liviyanın xeyriyyə təşkilatının rəsmiləri Fələstin ərazisinə çatmaq niyyətində olduqlarını bildiriblər.

Gəmi şənbə günü Yunanıstandan səfərə başlayıb. Yunanıstan və İsrail rəsmiləri bildirir ki, diplomatik danışıqlardan sonra gəmi Mistin El-Ariş limanına səmt götürüb.

XS
SM
MD
LG