Accessibility links

Əhməd Davutoğu bu gün Vaşinqontda ABŞ Dövlət katibi Hillari Klintonla görüşür


Türkiyənin xarici işlər naziri deyib ki, heç bir dövlətin mülki vətəndaşları daşıyan gəmiyə hücum etmək hüququ yoxdur

Türkiyənin xarici işlər naziri Əhməd Davutoğu bu gün Vaşinqontda ABŞ Dövlət katibi Hillari Klintonla görüşür.

Görüşdən öncə danışan Davutoğlu deyib ki, heç bir dövlətin mülki vətəndaşları daşıyan gəmiyə hücum etmək hüququ yoxdur. O həmçinin İsrail tərəfindən deyil, müstəqil təhqiqatın aparılmasına çağırıb.

Əhməd Davutoğlu bu açıqlamanı ABŞ-ın BMT-dəki səfirinin müavini Alxandro Volfun İsrailin özünün daxili təhqiqat aparmasına dəstəyini ifadə etməsindən sonra verir.

Rusiya və Avropa Birliyi də qərəzsiz təhqiqata çağırmış və ayrı-ayrılıqda İsraili qüvvə işlətdiyinə görə qınamışlar.

XS
SM
MD
LG