Accessibility links

İsraillə Həmas arasında atəşkəs razılığı pozulub [Fotoqalereya]


İsrail hərbi qüvvələrinin bildirdiyinə görə, müvəqqəti atəşkəs razılığından az sonra Qəzza Zolağında yaraqlılar tərəfindən bir İsrail əsgərinin girov götürüldüyü ehtimal edilir. İsrail mediasının hərbi rəsmilərə istinadən bildirdiyinə görə, hadisə İsraillə Həmas arasında humanitar razılığa başlanmasından bir saat yarım sonra, yerli vaxtla səhər saat 9:30 radələrində Rəfah şəhərində baş verib. Hadisə ilə bağlı əlavə məlumat verilməyib.

Hadisədən dərhal sonra İsrail ordusunun Qəzza Zolağının cənubunu yenidən qumbara atəşinə tutduğu və azı 27 fələstinlinin öldüyü bildirilib. Yaraqlılar da öz növbəsində İsrailin cənub bölgəsini raket atəşinə tutub.

İsrailin baş naziri Benyamin Netanyahunun ofisininin açıqladığı bəyanatda Qəzza yaraqlılarının atəşkəs barədə üç günlük razılığı kobud şəkildə pozduğu bildirilib. İsrail mediası da razılığın pozulduğu və Qəzzaya qarşı hərbi əməliyyatların yenidən bərpa edildiyi barədə xəbər yayımlayıb.

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG