Accessibility links

ABŞ Müdafiə naziri İsrailə hərbi yardım vəd edib



ABŞ Müdafiə naziri Çak Heygel İsraili Birləşmiş Ştatlar hökumətinin İsrailin Yaxın Şərqdə hərbi gücünün qorunması işinə sadiq qaldığına əmin edib.

Heygel bu açıqlamanı regiona bir həftə sürəcək səfərinin ikinci günü İsrailin Müdafiə naziri Moşe Yaalonla görüşdən sonra verib.

ABŞ Müdafiə naziri deyib ki, Obama administrasiyası İsrailin hərbi qüdrətinin saxlanması üçün lazım olan dəstəyi vermək işinə sadiqdir.

Müdafiə naziri Heygelin İsrailə səfərinin əsas məqsədlərindən biri ABŞ və İsrail arasında silah satışında dair razılığın yekunlaşdırılmasından ibarətdir.

İsrail müdafiə naziri Heygelin Yaxın Şərqə səfərinin ilk dayanacağıdır. İranın mübahisəli nüvə proqramı, Suriyada vətəndaş müharibəsi və Ərəb Baharının regiona təsirləri ABŞ müdafiə nazirinin səfərinin əsas diqqət mərkəzində olan məsələlərdir.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG