Accessibility links

Beynəlxalq tənqidlərlə üzləşən İsrail dünyaya HƏMAS-ın hücumlarını xatırladır


Beynəlxalq tənqidlərlə üzləşən İsrail dünyaya HƏMAS-ın hücumlarını xatırladır
please wait

No media source currently available

0:00 0:02:54 0:00

Beynəlxalq tənqidlərlə üzləşən İsrail dünyaya HƏMAS-ın hücumlarını xatırladır

Qəzzaya hücumlarla bağlı beynəlxalq tənqidlər artdıqca İsrail liderləri dünyanın davam edən müharibəyə səbəb olan, yaşlılar və uşaqlar da daxil olmaqla, İsrailin mülki vətəndaşlarına qarşı hücumların dəhşətini unutmamasına çalışır. Bu həftə etirazlar bütün dünyaya yayıldığı üçün İsrail rəsmiləri xarici jurnalistləri qırğının baş verdiyi yerləri ziyarət etməyə və yüzlərlə qurbanın şəxsiyyətini müəyyənləşdirmək üçün çalışan məhkəmə ekspertləri ilə birbaşa tanış olmağa dəvət edib.

Qəzza zolağında müharibə iki həftədir davam edir və ölənlərin sayı artır, yaralı fələstinlilər təcili tibbi yardıma çatdırılır. Eyni zamanda, İsrailə təzyiqlər artır və bütün Yaxın Şərqdə, Şimali Afrikada və dünyanın əksər hissəsində zorakılığa son qoyulmasını tələb edən etirazlar keçirilməyə başlayıb.

Berlində İsrail əleyhinə etirazlar zamanı 174 nəfərin həbsi gərginliyi daha da artırıb.

Bu arada İordan çayının qərb sahilində İsrail qüvvələri fələstinli nümayişçilərlə toqquşub. Zorakılıq bir neçə fələstinlinin ölümü ilə nəticələnib.

Beynəlxalq tənqidlər gücləndikcə Qəzzada humanitar vəziyyət ağırlaşır.

Lakin İsrail rəsmiləri oktyabrın 7-də HƏMAS militantlarının Qəzza sərhədi boyunca İsrail icmalarına ölümcül hücum edərək, 1400 nəfərin həyatına son qoyduğu dəhşətli hadisələri dünyanın unutmamasını təmin etməkdə qərarlıdır.

Bu, Tel-Əvivdəki İsrail Tibbi Expertiza İnstitutudur. Mənim arxamdakılar keçən şənbə günü öldürülən insanların cəsədlərinin tanınması üzərində işləyən insanlardır. Onlar artıq 500-dən çox insanın şəxsiyyətini müəyyənləşdirsələr də, bəzi cəsədlər elə vəziyyətdədir ki, onların kimliyini müəyyən etmək mümkün deyil.

Jurnalistlərə qurbanların qalıqlarının tədqiq olunduğu otaqlara girişə icazə verilib. Yanmış sümüklər ətrafa səpələnib və həkimlər onları birləşdirmək üçün böyük səylə çalışır. Tibbi Expertiza Antropoloqu Mixal Per: "Biz bu qalıqların neçə nəfərə aid ola biləcəyini anlamağa çalışırıq. Məsələn burada biz alt çənənin xüsusi bir hissəsini aşkar etmişik. Artıq onlardan üçünü tapmışıq. Hər bir fərddə yalnız iki dənə olur. Ona görə də deyə bilərik ki, burada azı iki nəfərin qalıqları var".

Jurnalistlər İsrailin cənubuna, HƏMAS militantlarının oktyabrın 7-də Qəzza zolağının yaxınlığında həyata keçirdiyi qətliamın izlərinin təzə olduğu icmalardan biri, Beeri kibutzuna aparılıb.

Dağıntı səhnələri, hətta HƏMAS militantlarının istifadə etdiyi motosikletlər və silahlar toxunulmamış görünürür.

İsrail ABŞ prezidenti Co Baydenin səfərindən sonra mühüm bir beynəlxalq dəstək aldı. Britaniyanın baş naziri Rişi Sunak dəstək vədləri və Qəzzaya humanitar yardımın çatdırılması üçün razılaşmaya vasitəçilik təklifi ilə cümə axşamı İsrailə gedib.

Lakin bu diplomatik səylər davam edərkən belə, İsrailin döyüş təyyarələri Qəzzanı bombalamaqda davam edir və anklavdakı rəsmilər artıq minlərlə olan ölənlərin sayının hər saat artdığını bildirir.

Forum

XS
SM
MD
LG