Accessibility links

İsrail Qəzzada hərbi əməliyyatını genişləndirir


İsrail şənbə günü Qəzza boyu hücumlarını şiddətləndirib və Qəzzanın cənubunda evakuasiya əmrlərini genişləndirib. Bu, BMT Təhlükəsizlik Şurasının İsraillə ABŞ-ın terror qrupu kimi tanıdığı HƏMAS arasında müharibədə təcili humanitar atəşkəsə çağıran qətnaməni təsdiqləməməsindən sonraya təsdaüf edib .

İsrail şənbə günü sakinlərə Qəzzanın əsas cənub şəhəri Xan Yunisin mərkəzini evakuasiya etmələrini əmr edib. Oradakı Nassir xəstəxanasında ölü və yaralıların sayı artmağa davam edir.

İndiyədək, Qəzzanın 2.3 milyon əhalisinin böyük bir əksəriyyəti evlərindən çıxmağa məcbur edilib, onların çoxu bir neçə dəfə olduqları yerlərdən qaçmağa məcbur olub. Ərazi boyu döyüşlər getdikcə, sakinlər və BMT agentlikləri deyirlər ki, indi getmək üçün təhlükəsiz yer yoxdur. İsrail bunu inkar edir.

Ümumdünya Səhiyyə Təşkilatının icraedici şurasının bazar günü bir araya gələrək Qəzzada səhiyyə vəziyyətinin müzakirə edəcəyi gözlənilir.

ÜST-ün artıq 10-dan çox ölkəsi fəlakətli humanitar vəziyyətlə bağlı “ciddi narahatlığını” ifadə edib.

BMT-nin Baş katibi Antonio Quterreş cümə günü bildirib ki, Qəzza sakinlərinə “insan pinbolu kimi hərəkət etmələri – sağ qalmaq üçün fundamental ehtiyacları olmadan, cənubun getdikcə daha da azalan hissələri arasında səkmələri - söylənilir.

“Qəzza xalqı uçuruma baxır,” - Quterreş deyib. “Beynəlxalq ictimaiyyət onların sınaqlarına son qoymaq üçün mümkün olan hər şeyi etməlidir”.

ABŞ atəşkəs tədbirini veto edib

Birləşmiş Ştatlar cümə günü İsraillə HƏMAS arasında müharibədə təcili humanitar atəşkəsə çağıran tədbiri veto edib və bununla da özünü qrupun digər üzvlərindən təcrid edib.

Türkiyənin Xarici İşlər Nazirliyi çıxılmaz vəziyyəti “tamamilə xəyal qırıqlığı” adlandırıb.

Türkiyənin xarici işlər naziri Hakan Fidan İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqasından həmkarları ilə birlikdə Vaşinqtonda ABŞ dövlət katibi Antoni Blinkenlə görüşəndən sonra TRT telekanalına müsahibəsində deyib ki, “Dostlarımız bir daha Amerikanın bu məsələdə, xüsusən də bu gün Birləşmiş Millətlər Təşkilatında keçirilən səsvermədə tək olduğunu bildirdilər”.

Beynəlxalq insan hüquqları müdafiə qrupu Amesty International-ın baş katibi Aqnes Kallamrd da ABŞ-ın vetosu ilə razılaşmır. O deyir ki, “Vetodan istifadəyə mənəvi cəhətdən bəraət qazandırmaq olmaz və bu, ABŞ-ın qəddar cinayətlərin qarşısını almaq və beynəlxalq hüquqa riayət etmək vəzifəsini pozmasıdır.”

Birləşmiş Ştatların atəşkəs əleyhinə olmasının əsaslandırması odur ki, bu, ABŞ-ın Qəzzada terror qrupu olaraq tanıdığı HƏMAS-a yenidən qruplaşmağa imkan verəcək. Bunun əvəzinə Vaşinqton mülki vətəndaşları müdafiə etmək və militantların oktyabrın 7-də İsraildən qaçırdığı girovların azad edilməsinə imkan vermək üçün döyüşlərdə fasilələri dəstəkləyir.

İsrailli girovlar

HƏMAS militantlar tərəfindən Qəzzada saxlanılan israilli girovların yüzlərlə ailə üzvü, dostları və tərəfdarları şənbə günü Tel-Əvivdə “Girovlar Plaza”sında aksiya keçirərək, İsrail hökumətini girovların sərbəst buraxılmasını təmin etməyə çağırıb.

HƏMAS-ın sərbəst buraxdığı balaca uşaqlarda travma əlamətləri görünür.

Bəzilərinə girov saxlanıldığı müddət boyunca çimmələrinə icazə verilməyib. Bir çoxları çəkilərinin təxminən 15 faizini itirib, ancaq onlara verilən yeməkləri yeməyə tərəddüd edib.

“Niyə” sualına cavab olaraq isə pıçıldayaraq: “Çünki onu daha sonrası üçün saxlamalıyıq” deyiblər.

13 yaşlı bir qız deyir ki, o, girov saxlanıldığı müddətdə ailəsinin onu tərk etdiyini düşünüb.

HƏMAS-ın tunelləri

İsrail həmçinin cümə günü bildirib ki, Qəzzanın altında yeni tunel, silahlar və HƏMAS obyektləri aşkar edib. O bildirir ki, bu, ABŞ-ın terror qrupu olaraq tanıdığı HƏMAS-ın müki infrastruktur altından keçən geniş şəbəkə vasitəsilə hərbi əməliyyatlar həyata keçirdiyinə dair sübutdur.

Ordu Qəzzada Əl-Əzhar Universitetinin kampusundan yaxınlıqdakı bir məktəbə qədər uzanan bir kilometrlik tunelə dair şəkil və ya video sübut təqdim etməyib, amma əsgərlərin iddia olunan görə, universitetdə tapdıqları silahların, o cmülədən partlayıcılar və raket ehtiyatlarının şəkillərini yayıb.

Ordu həmçinin Qəzzanın şimalında xəstəxana yaxınlığında kameralar, telefonlar, rasiyalar və silahlarla dolu HƏMAS-ın nəzarət otağını, habelə tunelə əlavə girişlər aşkar etdiyini bildirib.

İsrail bildirib ki, bu cür tapıntılar HƏMAS-ın mülki ərazilərdə istehkamlandığını göstərir – bu da onun ankalava hücumlarını intensivləşdirməsini və orada mülki ərazilərin kütləvi evakuasiyasına çağırış etməsini əsaslandırmasının arxasındakı əsas iddiadır.

Bu arada isə İsrail ordusu cümə günü bildirib ki, İsrail Qəzzanın şimalında bir qrup fələstinli kişini sorğu-suala alıb. Beyt Lahiya qəsəbəsində saxlanılan kişilərin üzərlərində yalnız alt paltarı ilə yerdə oturduqlarını əks etdirən video ortaya çıxıb.

İsrailin bildirdiyinə görə, İranın dəstəklədiyi HƏMAS oktyabrın 7-də İsrailə qarşı terror hücumu başlatdıqdan və ən azı 1200 adamı öldürüb və 240 nəfəri girov götürəndən sonra Yaxın Şərq alışqana çevrilib. HƏMAS-ın idarə etdiyi Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin cavab zərbələri və qurudan hücumu nəticəsində 17 700-dən çox fələstinli həlak olub.

Əlavə minlərlə insan itkin düşdüyü və ya dağıntılar altında qaldığı güman edilir. Səhiyyə nazirliyinin məlumatına görə, qurbanların yetmiş faizi qadınlar və uşaqlardır.

İsrail ordusunun məlumatına görə, İsrailin anklava qurudan işğalı başlayandan bəri Qəzzada döyüşlərdə 94 İsrail əsgəri həlak olub.

Forum

XS
SM
MD
LG