Accessibility links

İsrail Rəfaha qurudan müdaxilə planını müzakirə etmək üçün ABŞ-a nümayəndə heyəti göndərəcək


İsrail Rəfaha qurudan müdaxilə planını müzakirə etmək üçün ABŞ-a nümayəndə heyəti göndərəcək
please wait

No media source currently available

0:00 0:03:51 0:00

İsrail Rəfaha qurudan müdaxilə planını müzakirə etmək üçün ABŞ-a nümayəndə heyəti göndərəcək

İsrailin baş naziri Benyamin Netanyahu Ağ Evin "səhv" kimi qiymətləndirdiyi İsrailin Qəzzanın izdihamlı Rəfah şəhərinə qurudan müdaxilə planını müzakirə etmək üçün ABŞ-a nümayəndə heyəti göndərməyə razılıq verib. Bu arada isə yardım qrupları mühasirəyə alınmış eksklavda aclığın yaxınlaşdığı barədə xəbərdarlıq edir.

Qəzza tüstüləndikcə Vaşinqton və Qüds arasında bundan sonra nə baş verəcəyi ilə bağlı gərginlik də artır.

İsrail qüvvələri HƏMAS-ın yüksək rütbəli militantlarını hədəf aldıqlarını iddia edərək, bazar ertəsi Qəzzanın ən böyük xəstəxanasına daxil olub. Baş nazir Benyamin Netanyahu növbəti dəfə izdihamlı Rəfah şəhərinə qurudan böyük əməliyyat planlaşdırır. Siyasi və humanitar plan olmadığı təqdirdə prezident Co Bayden buna qarşı çıxır.

Bazar ertəsi telefonla danışan iki lider, İsrailin hər hansı addım atmazdan əvvəl vəziyyəti müzakirə etmək üçün komandaların "yaxın günlərdə" Vaşinqtonda görüşəcəyi razılığına gəlib. Ağ Evin Milli Təhlükəsizlik müşaviri Ceyk Sallivan: "Bizim fikrimizcə, İsrailin bu münaqişədə qalib gəlmək, uzunmüddətli gələcəyini təmin etmək, Qəzzadan gələn terror təhlükəsini dayandırmaq və Rəfaha zərbə endirməmək üçün yollar var. Biz bunu kompleks şəkildə komanda gələndə təqdim edəcəyik".

İsrail lideri müzakirənin xülasəsində daha geniş idi. İsrailin Baş naziri Benyamin Netanyahu: "Biz müharibədəki son hadisələr, İsrailin müharibənin bütün məqsədlərinə nail olmaq öhdəliyi - HƏMAS-ın ləğvi, bütün girovlarımızın azad edilməsi, Qəzzanın İsrail üçün daha təhlükə olmayacağı, eləcə də lazımi humanitar yardımdan danışdıq" .

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş bazar ertəsi hər saniyənin vacib olduğu barədə xəbərdarlıq edib. "Qəzzədəki fələstinlilər dəhşətli dərəcədə aclıq və əzab çəkir. Bu, İnteqrasiya Ərzaq Təhlükəsizliyi Təsnifat Sisteminin fəlakətli aclıqla üzləşən insanları qeydə aldığı ən yüksək saydır."

Avropa İttifaqının baş diplomatı Cozep Borrell daha da irəli gedərək, İsraili hədəf aldı. "Bu qəbuledilməzdir. Aclıqdan müharibə silahı kimi istifadə olunur. Bəli. Aclıqdan müharibə silahı kimi istifadə olunur. Belə deyək. Həm də söhbət təchizatın kifayət qədər olmamasından getmir".

İsrail HƏMAS militantlarını münaqişəyə səbəb olan 7 oktyabr 7-də qətliamında və yardım karvanlarının qarşısını almaqda ittiham edib.

Təhlilçilər deyirlər ki, İsrailin təhlükəsizliyinin əsas təminatçısı olan ABŞ öz tarixindən dərs çıxaracaq və hərbi yardım şərtləri irəli sürməzdən əvvəl diplomatik təzyiqlər göstərəcək. Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzindən Con Alterman: "Birləşmiş Ştatlar Yaxın Şərqdə 20 ildən çox davam edən döyüşlərdən sonra belə nəticəyə gəlib ki, hərbi hissə yalnız başlanğıcdır və əsl əhəmiyyət kəsb edən odur ki, sən əhaliyə qayğı göstərə bilərsənmi, əhalini inandıra bilərsənmi ki, onların daha yaxşı gələcəyi var?"

Onilliklər ərzində yəhudi xalqı üçün ən ölümcül günün dəhşətlərini yenidən yaşamağa davam edən İsrail üçün strategiya daha da mürəkkəbləşib. Con Alterman: "İsraildə müzakirələr hələ də HƏMAS-ın yaratdığı təhlükə, 7 oktyabrın bir daha baş verməməsinə necə əmin olmağımız haqqındadır və düşünürəm ki, fələstinlilərin böyük əksəriyyəti HƏMAS-ı dəstəkləyir. Ona görə də, mərhəmət birlikdə yaşayam istəyini gətirməyəcək, mərhəmət o demək olacaq ki, siz sadəcə olaraq gələcəkdə İsraillə döyüşəcək insanların sağ qalmasına yardım edirsiniz. Bunun necə həll ediləcəyini bilmirəm, amma düşünürəm ki, İsrailin müharibə qanunlarına riayət etmək tarixi var".

Lakin bu güclü oyunçular Qəzza zolağından, həyatın dəhşətlərindən uzaqlarda görüşə hazırlaşdığı bir vaxt, yardım üzrə rəsmiləri bir sual maraqlandırır: Mülki əhali buna nə qədər dözə biləcək?

Forum

XS
SM
MD
LG