Accessibility links

İsrailin baş naziri bildirib ki, HƏMAS girovları azad etmədən atəşkəs olmayacaq


İsrailin baş naziri bildirib ki, HƏMAS girovları azad etmədən atəşkəs olmayacaq
please wait

No media source currently available

0:00 0:03:30 0:00

İsrailin baş naziri bildirib ki, HƏMAS girovları etmədən atəşkəs olmayacaq

HƏMAS-ın oktyabrın 7-də törətdiyi ölümcül hücumlardan altı ay sonra İsrailin baş naziri Qəzzada atəşkəs olmayacağını bəyan edib. Bu, HƏMAS-a qarşı müharibədə humanitar nəticələri ilə bağlı İsrailə artan beynəlxalq təzyiqlər fonunda baş verir.

Təl-Əvivdə sürətlə gedən avtomobil İsrail hökumətini HƏMAS-la girovların azad edilməsi ilə bağlı razılığa gəlməyə çağıran nümayişçilərin arasından keçir.

Təl-Əvivin başqa yerlərində minlərlə insan yenidən küçələrə axışaraq, hökumətlərinə etiraz edib və oktyabrın 7-də əsir götürülən girovları azad etməyə nail ola bilmədiyi üçün erkən seçkilərə çağırıb.

Məhz altı ay əvvəl ABŞ tərəfindən terror qruplaşması kimi tanınan HƏMAS və onun müttəfiqləri İsrail ərazisinə hücum edərək, 1200-ə yaxın insanı qətlə yetirmiş, 250-dən çox insanı girov götürmüşdü.

Bundan sonra İsrail bu qruplaşmaya müharibə elan edib və HƏMAS-ın kökünü kəsəcəyini vəd edərək, Qəzzaya hava və qurudan hücumlara başlayıb.

O vaxtdan bəri HƏMAS-ın idarə etdiyi Qəzza Səhiyyə Nazirliyi İsrailin hücumları nəticəsində 33 mindən çox fələstinlinin öldüyünü, 75 min nəfərin isə xəsarət aldığını bildirib.

İsrailin genişmiqyaslı hava hücumları nəticəsində Qəzzada mülki infrastrukturun böyük hissəsi dağılaraq, humanitar böhrana səbəb olub. İsrail müharibə cinayətləri ilə bağlı ittihamları rədd edir.

Birləşmiş Millətlər Təşkilatı Qəzzada aclığın qaçılmaz təhlükə olaraq qaldığını bildirir.

Qrupun prosesi İsrail ordusu ilə əlaqələndirməsinə baxmayaraq, keçən həftə İsrail Müdafiə Qüvvələri “World Central Kitchen”xeyriyyə təşkilatının humanitar yardım karvanını dağıdıb.

Xeyriyyə təşkilatının qurucusu, aşpaz Hose Andrés Qəzzaya yardım əməliyyatlarını dayandıraraq, İsrail ordusunu aktiv döyüş bölgəsində mülki insanları qorumaq üçün daha çox işlər görməyə çağırıb. "Siz İsrailin dostu ola bilərsiniz və eyni zamanda Yaxın Şərqdəki partnyoruna "siz belə bir şəkildə müharibə apara bilməzsiniz" də deyə bilərsiniz. Siz hər binanı, hər xəstəxananı, hər məktəbi, hər universiteti dağıda bilməzsiniz. Siz onilliklər ərzində 2 milyondan çox fələstinlinin gələcəyini məhv edə bilməzsiniz və bu prosesdə onları ac və susuz qoya, ya da daha pisi - ərzaq əldə etməyə çalışarkən küçənin ortasında güllələyə bilməzsiniz."

"World Central Kitchen" və İsrailin strateji müttəfiqləri hücumla ilə bağlı dərhal və müstəqil araşdırma aparmağa çağırıb.

İsrail hadisə ilə əlaqədar iki zabiti işdən çıxarıb. İsrailin baş naziri Benyamin Netanyahu hücumu "faciə" adlandırıb. Lakin o, HƏMAS bütün girovları azad edənə qədər humanitar atəşkəslə bağlı beynəlxalq çağırışlara məhəl qoymamaqda israrlıdır.

Keçən həftə baş verən ölümcül zərbədən sonra Ağ Ev bildirib ki, İsrail Qəzzada müharibənin gedişini dəyişməzsə, ABŞ İsrailə qarşı siyasətini dəyişəcək. Ağ Evin Milli Təhlükəsizlik sözçüsü Con Kirbi: "Bunun bir daha təkrarlanmamasını təmin etmək üçün İsrail Müdafiə Qüvvələrinin Qəzzadakı əməliyyatları həyata keçirmə tərzində bəzi dəyişikliklər edilməlidir".

180 gündən çox davam edən müharibədən sonra dərhal atəşkəs, girovların azad edilməsi və ya hərbi əməliyyatların dayandırılması üçün hələ də plan açıqlanmayıb.

Forum

XS
SM
MD
LG