Accessibility links

İsrail Qəzzaya bombardmanını gücləndirib


The Wall Street Journal xəbər verir ki, Birləşmiş Ştatlar İsraili "milyonlarla dollar" dəyərində nəhəng bombalar və artilleriya mərmiləri ilə təmin edib, eyni zamanda isə İsrailə mülki itkiləri məhdudlaşdırmağı tövsiyə edir.

Məlumatda deyilir ki, "ABŞ rəsmiləri bildiriblər ki, ABŞ İsrailə HƏMAS-ı Qəzzadan sıxışdırmaq üçün on minlərlə silah və artilleriya mərmisi ilə yanaşı, böyük bunker bombaları da verib."

ABŞ-ın adları açıqlanmayan rəsmilərinin dediyinə görə, silahlara "təxminən 15 min bomba və 57 min artilleriya mərmisi" daxildir ki, onlar HƏMAS-ın oktybarın 7-də hücumundan qısa müddət sonra İsrailə verilib və "son günlərdə də davam edib.

Bombardman davam edir

İsrail bir həftəlik atəşkəsin iflasa uğramasının ardınca HƏMAS-la döyüşlərin təkrar başlamasından sonra şənbə günü Qəzza zolağına bombardmanını gücləndirib.

İsrailin ordu rəsmiləri şənbə günü deyib ki, Qəzzanın cənub ərazisindəki Xan Yunisdə HƏMAS-ın 50-dən çox hədəfinə hava, dəniz və quru qüvvələri tərəfindən zərbələr endirilib. Ordu şimala da zərbələr endirdiyini və döyüşlər iki gün öncə təkrar başlayandan bəri Qəzzada 400-dən çox hədəfi vurduğunu bildirib.

Bu, Qəzza Səhiyyə Nazirliyinin dediyinə görə, İsrailin fələstinli anklava hava hücumlarının 184 nəfərin ölümünə səbəb olmasından bir gün sonraya təsadüf edir.

Suriyada Müdafiə Nazirliyi bildirib ki, İsrail şənbə günü Dəməşq yaxınlığına havadan zərbələr endirib. Suriya dövlət medias xəbər verur ki, hərbi müdafiə sistemi İsrail raketlərinin əksəriyyətini vurub. O, itkilər barədə məlumatın olmadığını bildirib.

Mülki vətəndaşlar arasında itkilər

ABŞ-ın dövlət katibi Antoni Blinken cümə günü deyib ki, İsrail HƏMAS-la döyüşlərində fələsinlilər arasında itkilərin sayını azalmtaq üçün addımlar atmağa başlayıb.

“Biz İsrailin insanlara təhlükəsiz yerlər, təhlükədən qaçmağın yolları barədə məlumat çatdırmaq üçün dərhal addımlar atmağa başladığını gördük” o, Dubayda COP28 iqlim dəyişikliyi konfransında söyləyib.

Ancaq Blinken İsrailin Qəzzanın cənubunda hərbi əməliyyatlarının Qəzzanın şimalındakı kimi yüksək tələfat sayı ilə nəticələnməməsini təmin etmək öhdəliklərimi tam şəkildə yerinə yetirib-yetirmədiyini söyləmək üçün tez olduğunu deyib.

İsrailin HƏMAS-ı yer üzündən silmək məqsədilə Qəzzaya havadan hücumları və qurudan müdaxiləsi nəticəsində, fələstinli səhiyyə rəsmilərinin dediyinə görə, 15 mindən çox insan ölüb, minlərlə insan yaralıb.

Dubayda Blinken Qətar, Birləşmiş Ərəb Əmirlikləri, Misir, İordaniya və Behreyndən həmkarları, habelə Fələstin Milli İdarəsinin nümayəndələri ilə görüşüb. Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller məlumat verib.

Bu, ABŞ-ın terror qrupu olaraq tanıdığı HƏMAS-ıın oktybarın 7-də isrialli mülki vətəndaşlara qarşı terror hücumları həyata keçirərək, 1200 nəfəri öldürüb, təxminən 240 nəfri girov götürməsindən sonra İsrail HƏMAS-a qarşı müharibə elan edəndən sonra Blinkenin Yaxın Şərqə üçüncü səfəridir. Girovlardan təxminən 100-ü yenicə bitən atəşkəs çərçivəsində fələstinli məhbusların müqabilində sərbəst buraxılıb.

Blinken Vaşinqtona geri dönmək üçün təyyarəyə minmədən öncə jurnalistlərə deyib ki, ərəb ölkələrinin xarici işlər nazirləri ilə danışıqların mərkəzində İsrail-HƏMAS müharibəsinin durumu və Qəzza zolağına daha çox humanitar yardım çatdırmağın yolları olub.

O, onların “Qəzzada bir gün sonra nə olacağını və israillilər və fələstinlilər, əslində regiondakı hər kəs üçün ədalətli, davamlı və təhlükəsiz sülhə aparan yolu” müzakirə ediblər.

BMT bildirib ki, döyüşlər kəskin humanitar fövqəladə vəziyyəti daha da ağırlaşdıracaq.

“Qəzzaya Yer üzərində cəhənnəm qayıdıb,” BMT-nin humanitar ofisinin sözçüsü Yens Laerke deyib.

Forum

XS
SM
MD
LG