Accessibility links

Netanyahu İranın İsrailin Kiprdəki hədəflərinə qarşı hücumunun qarşısının alınmasını alqışlayıb ​


İsrailin baş naziri Benyamin Netanyahu
İsrailin baş naziri Benyamin Netanyahu

İsrailin baş naziri Benyamin Netanyahu bazar günü İranın İsrailin Kiprdəki hədəflərinə qarşı onun bildirdiyi kimi hücumun qarşısının alınmasını yüksək qiymətləndirib.

Netanyahunun ofisinin bəyanatında daha ətraflı məlumat verilməsə də, İsrailin Ynet xəbər saytı mənbələri açıqlamadan Limassol şəhərində olan israillilərə qarşı hücumun planlaşdırıldığını bildirib.

Kipr hücumun qarşısı alınıb-alınmadığı ilə bağlı şərh verməkdən imtina edib.

"İsrail İranın Kipr ərazisindəki İsrail hədəflərinə qarşı terror hücumunun qarşısının alınmasını alqışlayır" - deyə, Netanyahunun ofisi bildirib.

"İsrail yəhudiləri və israilliləri qorumaq üçün hər yerdə müxtəlif üsullarla fəaliyyət göstərir və İran ərazisi də olmaqla, İran terrorizmini dəf etmək üçün fəaliyyət göstərməkdə davam edəcək", bəyanatda deyilir.

Kipr hökumətinin sözçüsü Konstantinos Letimbiotis İsrailin bəyanatı ilə bağlı suala belə cavab verib: "Biz milli təhlükəsizliklə bağlı məsələlərə şərh verə bilmərik".

2021-ci ildə İsrail Aralıq dənizi adasında polisin silahlı şəxsin həbs olunduğunu bildirməsindən sonra İranı Kiprdəki israillilərə qarşı hücum cəhdini təşkil etməkdə günahlandırıb. İran bu ittihamı rədd edib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG