Accessibility links

İsraildə İrana qarşı mümkün hücum ətrafında qızğın debatlar gedir (VİDEO)


İsraildə İrana qarşı mümkün hücum ətrafında qızğın debatlar gedir (VİDEO)
İsraildə İrana qarşı mümkün hücum ətrafında qızğın debatlar gedir (VİDEO)

21 il bundan əvvəl İraqda Körfəz müharibəsi zamanı İsrailin İraq tərəfindən raket hücumuna məruz qalması çoxlarının yadındadır

Son aylar İsrail liderləri İranın nüvə qabiliyyətləri ətrafında ritorikanı gücləndirərək,Tehranı nüvə silahları istehsalı səylərindən çəkindirmək üçün İranın nüvə obyektlərinə hücum edə biləcəyilə bağlı dəfələrlə xəbərdarlıq edib. Bu, İsraildə geniş debatlara yol açıb. 21 il bundan əvvəl İraqda Körfəz müharibəsi zamanı İsrail İraqın raket hücumlarına məruz qalmışdı.

68 yaşlı yaşlı hüquqşünas Moşe Meyron 21il bundan əvvəl Küveyti işğal etdiyinə görə Qərb və ərəb ölkələrinin koalisiya qüvvələrinin hücumuna məruz qalmış İraq prezidenti Səddam Hüseyn Skad raketləriniTel-Əvivə atanda şəhərin meri idi.

Meyron sirenaların səsləndiyi o gecəni yaxşı xatırlayır. O və onun həyat yoldaşı əleyhqaz taxaraq, otaqda gizlənmişdilər, raket doqquz meter aralıda onların maşının dayandığı yerə düşmüşdü. Meyron deyir ki, 5-6 ev tamamilə dağılmışdı.

Bu xatirələr İsrail liderlərini nüvə silahı istehsalı səylərinə son qoyması üçün İrana qarşı hücuma hazır olduğu ilə bağlı xəbərdarlıq verməkdən çəkindirmir. Onlar deyir ki, hərbi hücum atılacaq son addımdır, lakin beynəlxalq ictimaiyyət buna qarşı çıxsa, İsrail bunu tək etməyə hazırdır.

Baş nazir Benyamin Netanyahu nüvə silahına malik İranın qlobal təhlükə təşkil etdiyini deyir: “Nüvə silahına malik İran İsrail, region və bütün dünya üçün təhlükə təşkil edir. İranın nüvə silahı istehsal etməsinə imkan verilməməlidir. Vəssalam.”

İsrailin İranı bu yoldan necə çəkindirəcəyi mətbuatda son həftələr müzakirə olunan başlıca məsələdir.

İsrailin Müdafiə naziri Ehud Barak bu yaxınlarda keçirdiyi mətbuat konfransında hərbi məsələlər üzrə ekspertlərə deyib ki, effektiv hücum bu ilin sonuna qədər mümkün ola bilər və problem tez bir zamanda həll edilməlidir.

Ekspertlərin fikrincə, Tehran mühüm nüvə obyektlərini yerin altında istehkamlara köçürməyə başlayıb və hətta ən güclü bombalar bu obyektlərə böyük zərər verməyəcək.

İran liderləri nüvə silahı istehsal etmək səylərini inkar edərək, nüvə proqramının dinc məqsəd daşıdığını bəyan edirlər.

Lakin İran hücuma məruz qalsa, buna cavab verəcəyilə hədələyib. Tehran İsrail və Avropaya çata biləcək ballistik raketlər ə malikdir. Bəzi ekspertlər Tehranın Birləşmiş Ştatlara çata biləcək raket üzərində işlədiyini bildirir.

İran üzrə ekspert Deyvid Menaşri İsrailin hücumunun bütün regionda əks-səda doğuracağını bildirir: “Belə bir variantın uzun müddət üçün dağıdıcı nəticələri ola bilər. Yaxın Şərqdə sülh naminə daha yaxşı həll yolları tapılmalıdır. Məncə, başqa yollar da var. “

Menaşri inanır ki, sanksiyalar və beynəlxalq təzyiqlər İran hökumətinin nüvə proqramına son qoyulmasına dair danışıqlara razı olana qədər davam etdirilməlidir.

Birləşmiş Ştatlar və Avropa İttifaqı İrana qarşı ölkənin mərkəzi bankına qarşı məhdudiyyətlər və ümumdaxili məhsulun üçdə ikisini təşkil edən neft ixracatına embarqo qoyaraq, iqtisadi sanksiyalar tətbiq edib.

İran buna Avropaya neft təchizatını dayandırmaq və İran körfəzində neft hasil edən ölkələrdən xam neftin ixrac edildiyi əsas tranzit yolu olan Hörmüz boğazını bağlaya biləcəyini elan etməsilə cavab verib.

Bəzi təhliliçilərın fikrincə, İsrail İrana birtəfərli qaydada hücum etmək fikrində deyil, lakin bu haqda danışmaqla ictimai rəyə təsir göstərmək və öz müttəfiqlərinə daha da ciddi sanksiyalar tətbiq etmək üçün təzyiq göstərmək istəyir.

Bununla belə, media xəbərlərinə əsasən, İsrailin yüksək səviyyəli rəsmiləri sanksiyaların İranı nüvə ambisiyalarından əl çəkməyə məcbur edəcəyinə inanmır.

Hərbi tarixçi, professor Marin van Kreveld kimi kimi bəzi ekspertlər deyir ki, hərbi hücum İranın nüvə proqramını yalnız bir neçə il gecikdirə bilər. Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət İranın bir gün nüvə silahı əldə edə biləcəyi fikrini qəbul etməlidir. Professor Kreveld: “İranlılar bir gün deyə bilərlər ki, baxın, bu nüvə proqramı bizə o qədər baş ağrısı verir, gəlin ən tez vaxta bomba hazırlayaq, bütün dünyada hamıya deyək və heç kəs də bizə toxuna bilməyəcək.”

Lakin bir sıra təhlilçilər hesab edir ki, İranın nüvə silahı əldə etməsi fəlakət ola bilər.

Əgər İsrail hətta İrana qarşı hərbi hücuma keçsə belə, tənqidçilərin fikrincə, İranın nüvə obyektlərini məhv edə bilməyəcək. Təyyarələr İrana çatmaq üçün 1000 kilometrlik məsafəni qət etmək üçün yanacaq doldumalıdır. İsrail təyyarələrin qonşu ölkələrin üzərindən uçması üçün icazə almalıdır.

İctimai rəy sorğularına əsasən, cəmiyyətdə İrana hücum məsələsində fikir ayrılıqları mövcuddur. Son rəy sorğusu göstərir ki, əhalinin 43 faizi hücumu dəstəkləyir, 41 faizi isə bunun əleyhinə olduğunu deyir. Respondentlərin 62 faizi İranın əvvəl-axır nüvə silahlarına malik olacağına inanır.

İsraillilərin çoxu ümid edir ki, İsrail və İran arasında qarşıdurma silah oynatmaqdan uzağa getməyəcək.

XS
SM
MD
LG