Accessibility links

İsrail təhlükəsizlik xidmətləri İranın xeyrinə fəaliyyət göstərən casus şəbəkəsini üzə çıxarıb


İsrail Təhlükəsizlik Agentliyi Şin Bet və polisin bazar ertəsi bildirdiyinə görə, İsrailin təhlükəsizlik xidmətləri Tehranın israilliləri casusluğa cəlb etmək məqsədi ilə İran kəşfiyyatı üçün məlumat toplayan casus şəbəkəsini aşkarlayıb.

Şin Bet və polisin birgə bəyanatında İsrail hərbi bazaları, enerji və liman infrastrukturu ilə bağlı kəşfiyyat məlumatı topladıqları aşkar etdikdən sonra Hayfa liman şəhəri də daxil olmaqla, İsrailin şimalından olan yeddi israillinin həbs edildiyi bildirilib.

İsrail polisi təhlükəsizlik pozuntusunun İsrailin indiyə qədər üzləşdiyi ən ciddi pozuntulardan biri olduğunu bildirib.

"Qiymətləndirmə ondan ibarətdir ki, şəbəkə üzvlərinin fəaliyyəti dövlətin təhlükəsizliyinə zərər vurub" - deyə, Shin Bet təhlükəsizlik xidmətindəki yüksək səviyyəli mənbə bildirib.

İranın Xarici İşlər Nazirliyindən şərh almaq mümkün olmayıb.

İsrailin bəyanatında bildirilib ki, aralarında iki azyaşlı olan şübhəlilərə İranın kəşfiyyat xidmətinin iki agenti tərəfindən ölkə daxilindəki hərbi bazalardan yüzlərlə məlumat toplamaq tapşırığı verilib.

Bəyanata əsasən, hədəflər arasında şimaldakı Hadera qəsəbəsindəki elektrik stansiya, hərbi hava qüvvələri, donanmaya xüsusi önəm verən hərbi bazalar, həmçinin İsrailin hava hücumundan müdafiə sistemi "Dəmir Qübbə" batareyaları və limanları olub.

Şübhəlilər məbləğin bir hissəsinin kriptovalyutadan istifadə ilə ödənildiyi yüz minlərlə dollar müqabilində işləyib.

"İstintaq çərçivəsində ələ keçirilən çox sayda materiallar şəbəkə üzvləri tərəfindən toplanaraq, İran agentlərinə təhvil verilib", Şin Bet-ın mənbəsi deyib.

Polis şübhəlilərin pul hərisliyi səbəbi ilə hərəkət etdiyini və "İsrail dövlətinə və onun vətəndaşlarına zərər verdiyini" bildirib.

İttiham aktının yaxın günlərdə İsrail prokurorluğu tərəfindən təqdim ediləcəyi gözlənilir.

Sentyabr ayında İsrailin təhlükəsizlik xidməti İranın tapşırığı ilə baş nazir də daxil olmaqla, ölkənin tanınmış şəxslərinə qarşı sui-qəsd planında iştirakda şübhəli bilinən İsrail vətəndaşını həbs edib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Donald Tramp ABŞ-ın 47-ci prezidentidir
please wait

No media source currently available

0:00 0:11:09 0:00
XS
SM
MD
LG