Accessibility links

Qüdsün Köhnə Şəhəri ruhlar şəhərini xatırladır


Qüdsün Köhnə Şəhəri ruhlar şəhərini xatırladır
please wait

No media source currently available

0:00 0:01:58 0:00

Qüdsün Köhnə Şəhəri ruhlar şəhərini xatırladır

Dünyanın ən çox ziyarət edilən yerlərindən biri olan Qüdsün Köhnə Şəhəri indi boşdur. İsrail və HƏMAS arasında müharibə başlayandan, xüsusən də İsrailin Qəzzada qurudan hücuma hazırlaşdığı bir vaxt turistlər və zəvvarlar zorakılığın artmasından qorxaraq qaçıb. Qüdsün Köhnə Şəhərində mağazaların bağlı, kilsələr boş olduğu, yerli sakinlərin evlərini tərk etməkdən çəkindikləri bildirilir.

Cəmi bir neçə gün əvvəl bu səs-küylü küçələr insanla dolu idi. Lakin HƏMAS-la İsrail arasında müharibə başlayandan sonra Qüdsün bu Köhnə Şəhəri ruhlar şəhərini xatırladır. Turistlər və zəvvarlar Qəzza zolağı və onu əhatə edən ərazilərdə, eləcə də Livan sərhədindəki amansız zorakılıqların daha da dərinləşəcəyindən qorxaraq qaçıb. Mağaza sahibi Minder Kaloti: "Gördüyünüz kimi, bu, tətilə bənzəyir. Küçəyə çox az adam çıxır, turist yoxdur, heç kim girmir. Çox kədərlidir".

Mağazaların əksəriyyəti bağlıdır və açıq olan bir neçə mağazada isə müştəri yoxdur. Bəzi işçilər işə evdə qalmamaq və müharibə ilə bağlı acı xəbərləri izləməmək üçün gəldiklərini deyirlər.

Bu, demək olar ki, inanılmaz mənzərədir. Burada, Qüdsdə bir küçənin bu qədər boş olduğunu görmək çox nadir haldır. Buradakı insanlar deyirlər ki, hətta COVID dövründə belə şəhər bu qədər boş deyildi. Hazırda burada qorxu çoxdur.

İnsanlar həqiqətən Qəzzada və İsraillə Livan sərhədində, İsrail və Qəzza zolaqı arasındakı sərhəd bölgələrində baş verənlərə bənzər zorakılığın Qüdsə gələ biləcəyindən qorxur.

Qüdsün ən çox ziyarət edilən yerlərindən biri olan Müqəddəs Məbəd kilsəsində bazar günü mərasiminə çox az adam qatılıb. Buradakı din xadimləri kilsəni indiki qədər boş görmədiklərini deyirlər.

Qərb Divarı (Ağlama divarı) önündə çox az insan dua edir.

Xristianların məhəlləsində yaşayan Yəhya Attiyeh 1948-ci ildə İsrail Dövləti yaranmamışdan əvvəl burada olduğunu, turistlərə və zəvvarlara suvenirlər satdığını deyir. O deyir ki, hətta ən şiddətli vaxtlarda belə Köhnə Şəhəri belə görməmişdi. "Xeyr, indiki kimi olmamışdı. Mən ilk dəfədir buranı bu qədər boş görürəm. Çünki Qəzzada böyük müharibədir."

2023-cü ilin ilk doqquz ayında buraya 2,7 milyona yaxın turist gəlib. İndi mağaza sahibləri ziyarətçilərin nə vaxt qayıdacağını gözləyir.

Forum

XS
SM
MD
LG