Accessibility links

Metal detektorlar fələstinlilərin hiddətinə səbəb olub


İsrailin baş naziri Benyamin Netanyahu fələstinlilərin hiddətinə səbəb olan Şərqi Qüdsdəki ibadətgaha yerləşdirilmiş yeni metal detektorların aradan qaldırılması ilə bağlı müzakirələr aparıldığını bildirib.

Minlərlə müsəlman özlərinin Haram Əl-Şərif, yəhudilərin isə Dağ Məbədi adlandırdıqları məbədə metal detektorlardan keçməmək üçün kənarda namaz qılıb.

İbadətdən sonra fələstinlilər onlara qarşı təhlükəsizlik tədbirlərinin artırılmasına qarşı etiraz nümayişləri keçirib.

Təhlükəsizlik tədbirləri keçən həftənin cümə günü üç israilli ərəbin təhlükəsizlik qüvvələri tərəfindən öldürülməsindən əvvəl İsrail polisinə atəş açaraq, iki zabiti qətlə yetirməsindən sonra artırılıb.

İsrailin baş naziri təhlükəsizlik rəsmiləri ilə hər həftə cümə namazı zamanı istifadə edilən detektorların saxlanıb-saxlanmaması ilə bağlı məsləhətləşmələr aparır.

XS
SM
MD
LG