Accessibility links

İsrailin Livana hava hücumları zamanı bir gündə 10 mülki vətəndaş ölüb


Livan dövlət mediasının cümə axşamı verdiyi məlumata görə, İsrailin Livanda həyata keçirdiyi iki hava hücumu nəticəsində mülki vətəndaşların sayı 10-a yüksəlib və bu, dörd aydan çoxdur davam edən sərhədlərarası mübadilələr zamanı ən ölümcül hal olub.

Livanın Hizbullah silahlı qruplaşması Livandan atılan mərmilərin bir İsrail əsgərinin öldürülməsindən bir neçə saat sonra Nəbatiyyə şəhəri və Livanın cənubundakı bir kəndə endirilən zərbələrə görə qisas alacağına vəd edib.

Milli Dövlət Xəbər Agentliyinin bildirdiyinə görə, Nəbatiyyəyə hücum zamanı binanın bir hissəsi uçub, nəticədə biri uşaq olmaqla, bir ailənin 7 üzvü ölüb. İlkin olaraq itkin düşdüyü bildirilən oğlan uşağı dağıntılar altında diri tapılıb. İlkin məlumatda 4 nəfərin öldüyü bildirilmişdi.

Suane kəndində bir qadın və iki azyaşlı uşaq öldürülüb. Livanda ölən mülki vətəndaşlar arasında altı qadın və üç uşaq var. Çərşənbə günü də üç Hizbullah döyüşçüsü öldürülüb.

Çərşənbə günü səhər saatlarında Livandan atılan raket İsrailin şimalındakı Safed şəhərinə düşüb. Nəticədə İsrailin bir qadın əsgəri ölüb, 8 nəfər yaralanıb.

Hökumət qurumları, məktəblər və Livan Universiteti hava hücumlarına etiraz olaraq cümə axşamı bağlı olmalı idi.

Forum

XS
SM
MD
LG