Accessibility links

Qəzzada İslami Cihad-ın iki lideri öldürülüb


İsrailin Baş naziri Benyamin Netanyahu oktyabrın 11-də axşam saatlarında deyib ki, "Dünya İslam Dövləti terror qruplaşmasını məhv etdiyi kimi İsrail də HƏMAS-ı məhv edəcək".

Müxalif "Milli Birlik" Partiyasının rəhbəri Benni Qantz qeyd edib ki, onun fövqəladə hökumətdə iştirakı ölkənin həmrəy və səfərbər olmasından xəbər verir. "Bizim burada birlikdə, çiyin-çiyinə dayanmağımız düşmənlərimizə və bütün İsrail vətəndaşlarına ən yaxşı mesajdır" - deyə, Qantz bildirib.

Qantz qeyd edib ki, İsrail lazım gəlsə, Livandan edilən hücumlara da sərt cavab verəcək. O, "İsrail əvvəlkindən daha güclü olacaq" deyib.

Müdafiə naziri Yoav Qalant oktyabrın 11-i axşam saatlarında Qəzza zolağı ilə sərhəddə vəziyyətin sabitləşdiyini və İsrail ordusunun radikal cihadçı qrupları məhv etmək üçün hücuma başladığını elan edib. "HƏMAS-ı yer üzündən siləcəyik" - deyə, Qalant söz verib.

İsrailin Telegram kanallarının yazdığına görə, İsrail ordusunun Qəzza zolağının şimalında yerləşən Beyt Lahiyədəki bir evə endirdiyi zərbə nəticəsində İslami Cihad qruplaşmasının yüksək səviyyəli liderlərindən biri Musa Nəzir öldürülüb. O, HƏMAS-a oktyabrın 7-də İsrailin cənubuna hücum zamanı qoşulub.

Əl-Cəzirə tele-kanalı qruplaşmaya istinadən xəbər verib ki, İslami Cihad-ın digər lideri Əbdel Rəhman Şehab da Qəzza zolağında ödürülüb. Tele-kanalın məlumatına görə, o, İsrailin Qəzza zolağının şimalındakı Cəbəliyə şəhərinə endirdiyi zərbə nəticəsində ailəsi ilə birlikdə həlak olub.

Oktyabrın 12-də səhər saatlarında İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-ın tunellər şəbəkəsinə hücumlar təşkil etdiyini bildirib.

İsrailin energetika naziri İsrael Katz Qəzza zolağının blokadasının HƏMAS girovları azad edənə qədər davam edəcəyini deyib.

Forum

XS
SM
MD
LG