Accessibility links

Qəzzanın səhiyyə rəsmiləri İsrail qüvvələrinin xəstəxanaya basqınından sonra 5 nəfərin öldüyünü bildirib


İsrail qüvvələri Qəzzanın cənubundakı Nasir xəstəxanasının basqın etdikdən bir gün sonra, cümə günü xəstəxananın ərazisində axtarış aparıb. HƏMAS-ın nəzarətində olan Qəzza Səhiyyə Nazirliyi reyddən sonra xəstəxananın generatorlarının işinin dayandığını və oksigen kəsilməsi səbəbindən reanimasiyada olan beş xəstənin öldüyünü bildirib.

İsrail ordusu xəstəxanaya nəzarəti orada İsrailli girovların və girovların cəsədlərinin olduğuna dair kəşfiyyat məlumatlarına malik olduğu üçün ələ keçirdiyini bildirib. İsrail hərbi rəsmilərinin bildirdiyinə görə, xəstəxanada nə HƏMAS-ın oktyabrın 7-də İsrailə hücumu zamanı götürdüyü girovlar, nə də onların cəsədləri aşkar edilib.

Bu arada Misir, İsrailin hücumu nəticəsində evlərini tərk etmək məcburiyyətində qalan bir milyondan çox fələstinlinin yaşadığı Qəzzanın cənubunda yerləşən Rəfahla sərhəd yaxınlığında divar inşa edir.

İsrailin baş naziri Benyamin Netanyahu cümə günü sosial şəbəkədə yazıb ki, Fələstin dövlətinin tanınması "misli görünməməiş terrorizmə böyük mükafat olacaq" yazıb.

O, bu şərhlərini ABŞ prezidenti Co Baydenlə danışmasından və İsrailin Nazirlər Kabinetinin iclasından, eləcə də Washington Post-un ABŞ və onun ərəb müttəfiqlərinin Yaxın Şərqdə davam edən münaqişəyə son qoyulması üçün iki dövlətli həll yolunu təşviq etməyi planlaşdırdığı barədə xəbərindən sonra verib.

"İsrail fələstinlilərlə daimi razılaşmalarla bağlı beynəlxalq diktələri açıq şəkildə rədd edir" - deyə, Netanyahu əvvəllər Twitter olan X səhifəsində yazıb.

O, fələstinlilərlə istənilən razılaşma "ilkin şərt olmadan yalnız tərəflər arasında birbaşa danışıqlar yolu ilə əldə olunacaq" yazıb.

Bu arada, İsrail Beynəlxalq Ədalət Məhkəməsinin Cənubi Afrikanın məhkəmədən Rəfahdakı fələstinlilərin hüquqlarını qorumaq üçün əlavə fövqəladə tədbirlər görməsi tələbini rədd etməsini istəyib.

Beynəlxalq Ədalət Məhkəməsinin cümə axşamı yaydığı sənədlərə əsasən, İsrail bəyan edib ki, məhkəmənin keçən aykı fövqəladə tədbirləri artıq "bütövlükdə Qəzzada hərbi əməliyyatların vəziyyətini" əhatə edib.

İsrail Beynəlxalq Məhkəmədən Cənubi Afrikanın çərşənbə axşamı irəli sürdüyü tələbini rədd etməsini istəyib. Həmin ərizədə Cənubi Afrika, İsrailin baş naziri Benyamin Netanyahunun Rəfaha hücum elan etdiyinə işarə edərək, məhkəmənin yanvar qərarından sonra "əhəmiyyətli inkişaf" olduğunu bildirib.

Keçən ay Beynəlxalq Ədalət Məhkəməsi, uzun müddətdir fələstinliləri dəstəkləyən Cənubi Afrikanın İsrail ordusunu Qəzzada soyqırımda ittiham etməsindən sonra, İsrailə fələstinli mülki şəxslərin ölümünün qarşısını almaq üçün əlindən gələni etməsini əmr edib.

İsrail soyqırım törətdiyini inkar edir.

Qəzzada HƏMAS-ın nəzarətində olan səhiyyə nazirliyinin məlumatına görə, İsrailin oktyabrın 7-dən bəri Qəzzaya endirdiyi zərbələr nəticəsində azı 28 576 fələstinli ölüb, 68 291 nəfər yaralanıb.

Forum

XS
SM
MD
LG