Accessibility links

İsrail Rəfahdan yeni təxliyələrə göstəriş verib və ehtimal olunur ki, qurudan hücuma hazırlaşır


İsrail şənbə günü Qəzzanın cənubundakı Rəfah şəhəri və ətraf ərazinin evakuasiyasına göstəriş verərək, oradakı mülki vətəndaşlara Rəfahın şimal-qərindəki humanitar zona olan Əl-Məvasiyə sığınmalarını söyləyib. Bu, İsrail ordusunun qurudan hücuma hazırlaşdığına işarə ola bilər.

İsrail ordusunun şənbə günü paylaşdığı rəqəmlərə əsasən, indiyədək təxminən 300 min mülki vətəndaş Əl-Məvasiyə gedib.

BMT bildirib ki, cümə gününə olan məlumata görə, İsrail qüvvələri ilə HƏMAS militantları arasında döyüşlər, habelə şəhər və ətrafına İsrailin artan bombardmanı nəticəsində təxminən 110 min nəfər Rəfahdan qaçıb.

Bu insaların çoxu daha öncə Qəzza zolağının başqa yerlərindən qaçaraq Rəfaha sığınan 1 milyon qaçqın arasındadır.

“Onlar Rəfaha havadan vərəqə ataraq dedilər ki, Rəfahdan Əl-Zəvaydaya aparan yol təhlükəsizdir, insanlar ora evakuasiya etməlidir və onlar bunu etdi. Bəs onlara nə oldu? Parçalanmış cəsədlər? Qəzzada təhlükəsiz yer yoxdur,” Reuters-ə şənbə günü evlərinə hava hücumu nəticəsində 10 qohumunu itirdiyini deyən mülki vətəndaş Xitam Əl-Xətaib bildirib.

Əl-Zəvayda Qəzzanın mərkəzinə kiçik bir şəhərdir və anklavın digər hissələrindən minlərlə insan artıq oraya qaçıb.

ABŞ-ın İsrailə gözlənilən hərbi hücumuna qarşı təzyiqlərinə və sakinlərin və humanitar qrupların qorxularına baxmayaraq, İsrail Rəfahda gizləndiyinə inandığı minlərlə HƏMAS döyüşçüsünü təmizləmək üçün şəhərə doğru irəliləyəcəyini bildirib.

İsrailin baş naziri Benyamin Netanyahu dəfələrlə deyib ki, İsrail militanları axtarmaq üçün Rəfaha quru qoşunu göndərmədən HƏMAS-ı məğlub edə və militant qrupun 7 oktyabr terror hücumu təkrarlamaq ehtimalının qarşısı ala bilməz.

İsrail tankları cümə günü Rəfahın şərqi və qərbi hissəslərini bölən əsas yolu ələ keçirərək, şərq hissəni mühasirəyə alıb. Bu addım Vaşinqtonu müttəfiqinə 3500 bomba da daxil olmaqla bəzi hərbi yardımların çatdırılmasını dayandırmağa sövq edib.

HƏMAS-ın idarə etdiyi fələstinli səhiyyə nazirliyinin məlumatına görə, ərazi boyu, o cümlədən Rəfaha gecə boyu endirilən hava zərbələri nəticəsində ən azı 3 fələstinli həlak olub ki, onlardan 24-ü Qəzzanın mərkəzi ərazilərindəndir.

BMT xəbərdarlıq edib ki, İsrail yardımın daxil olduğu əsas giriş məntəqələri yaxınlığında Misirlə sərhəd bölüşən Rəfaha hücum etsə, bu, humanitar əməliyyatlara əngəl olacaq və mülki şəxslər arasında itkilərin fəlakətli şəkildə artmasına gətirib çıxaracaq.

BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə Qəzza ofisinin başçısı Georgios Petropoulos cümə günü mətbuat birifinqində deyib ki, Qəzzanın cənubunda Rəfah ərazisinə bütün keçidlər bağlanıb və bu, təchizatlar, humanitar yardım işçiləri və evakuasiyaya ehtiyacı olan hər hansı mülki vətəndaşın hərəkət etməsinin qarşısını alıb. O deyib ki, hətta Rəfah keçiri açıq olsa belə, yaxınlıqda gedən döyüşlər keçiddən istifadəni çox təhlükəli edir.

İdarə rəhbəri bildirib ki, tez bir həll yolu tapılmasa, Qəzzada “növbəti iki gündə” humanitar fəaliyyətlər dayandırılacaq.

HƏMAS girovları

HƏMAS şənbə günü bildirib ki, oktyabrın 7-də İsrailə hücumu zamanı qaçırdığı daha bir girov ölüb.

ABŞ, Birləşmiş Krallıq və başqa Qərb ökələri tərəfindən terror təşkilatı kimi tanınan HƏMAS video paylaşarq bildirib ki, 51 yaşlı Nadav Popplevel İsrailin Qəzzaya zərbəsi zamanı aldığı xəsarət nəticəsində ölüb. Bu iddianın doğruluğunu yoxlamaq mümkün olmayıb.

Popplevel HƏMAS militantları tərəfindən İsrailin cənubunda Kibbutz Nirim icmasından qaçırılıb.

İsrail ordusu ən son video ilə bağlı şəsrh verməsə də, daha öncə HƏMAS-ın girovvlarla bağlı videolarını pxisoloji terror adlandırıb. O həmçinin HƏMAS-ın girovların İsrailin açdığı atəş nəticəsində öldüyünə dair əvvəlki ittihamlarının bəzilərini də inkar edib.

HƏMAS cümə günü bildirib ki, Misir və Qətərin vasitəçilik etdiyi atəşkəs danışıqları başa dönüb və o İsrailili vasitəçilərin hazırladığı atəşkəs təklifini rədd etməkdə ittiham edib.

İsrail və HƏMAS-ın nümayəndə heyəti cümə axşamı Qahirəni tərk edərək, bilvasitə aparılan danışıqların ən son raunduna son qoyub.

BMT Təhlükəsizlik Şurası sözçüsü Con Kirbi cümə günü baş verənləri “dərindən təəssüfləndiri” adlandırıb. Danışıqlara ABŞ, Qətər və Misir vasitəçilik edirdi.

Kütləvi məzarlıqlara dair araşdırma

BMT Təhlükəsizlik Şurası cümə günü Qəzzada xəstəxanalar yaxınlığında yüzlərlə cəsədin olduğu iddia edilən kütləvi məzarlarla bağlı təcili müstəqil araşdırma aparılmasına çağırıb.

Şura üzvləri bəyanatda “Qəzzada Nasser və Şifa tibb müəssisələrinin ərazisində və ətrafında qadınlar, uşaqlar və qocalar da daxil olmaqla, bir neçə yüz cəsədin basdırıldığı kütləvi məzarlıqların aşkarlanmasına dair xəbərlərlə bağlı dərin narahatlıqlarını” ifadə ediblər.

Onlar beynəlxalq hüququn hər hansı pozuntusuna görə cavabdehliyin vacibliyini vurğulayıblar və müstəntiqləri “dərhal, müstəqil, hərtərəfli, şəffaf və qərəzsiz araşdırmalar aparmaq üçün Qəzzada kütləvi məzarlıqların bütün yerlərinə maneəsiz giriş imkanı” verilməsinə çağırıblar.

İsrail oktyabrın 7-də HƏMAS-ın İsrailin yaşayış icmaları və musiqi festivalına hücumundan sonra hərbi əməliyyatlara başlayandan bəri Qəzzada xəstəxanalara dəfələrlə zərbələr endirib.

İsrail HƏMAS-ı tibbi müəssisələrdən komanda mərkəzləri kimi və bəzi hallarda 7 oktyabr hücumu zamanı oğurlanmış girovları saxlamaq üçün istifadə etməkdə ittiham edib.

İsrail ordusu oradakı hərbi əməliyyatlar zamanı 200-ə yaxın fələstinlinin öldürüldüyünü bildirib.

Qəzzanın Səhiyyə Nazirliyi cümə günü bildirib ki, İsrailin Qəzzaya hərbi hücumu başlayandan bəri 34 654 fələstinli ölüb, 77 908-i yaralanıb.

Forum

XS
SM
MD
LG