Accessibility links

Cenin düşərgəsinin sakinləri evlərinə qayıdıb


Cenin düşərgəsinin sakinləri evlərinə qayıdıb
please wait

No media source currently available

0:00 0:02:43 0:00

Cenin düşərgəsinin sakinləri evlərinə qayıdıb

İşğal altındakı İordan çayının qərb sahilindəki Cenin qaçqın düşərgəsinin sakinləri İsrail qüvvələrinin 13 fələstinli və bir İsrail əsgərinin ölümü ilə nəticələnən iki günlük basqınından sonra evlərinə qayıdıb. İsrail qüvvələrini geri çəksə də, terrorizmin kökünü kəsmək üçün lazım gələrsə, əlavə əməliyyatlar keçirəcəyini bildirib. Fələstin səhiyyə rəsmiləri İsraili basqın zamanı xəstəxanaları hədəf almaqda ittiham edib.

Cenin qaçqın düşərgəsinin sakinləri İsrail hərbçilərinin təxminən 20 ildə işğal olunmuş Fələstin ərazilərində həyata keçirdiyi ən genişmiqyaslı əməliyyatdan sonra sığınacaqlardan qayıdanda məskynlaşdıqları yerə böyük ziyan dəydiyini görüblər. İsrailin müdafiə naziri Yoav Qallant keçirilən reydi müdafiə edərək, İsrail qüvvələrinin terrorçuları hədəf aldığını bildirib. "Onlar [İsrail döyüşçüləri] Cenində müxtəlif təşkilatlardan olan terrorçuların terror fabrikinin olduğu yerə gedib. Döyüş sursatları, müxtəlif növ silahlar olan yerə. Əslində onlar bu yerdən Qərb Sahilində və Yaşıl Xəttdən kənara ölüm səpələyir."

Bir ekspert Amerikanın Səsinə Ceninin uzun müddətdir Fələstin yaraqlı qruplaşmalarının istehkamı olduğunu deyib. Yaxın Şərq İnstitutundan Brayan Katulis: "Beləliklə, qabaqcıl Fələstinin fraksiyalarına aidiyyatı olmayan bəzi silahlı qruplar qanun və asayiş üçün ciddi təhlükə yaradır. Onlar təkcə israillilər üçün terror təhlükəsi deyil, həm də adi Fələstinin mülki əhalisinə meydan oxuyur. Və İsrail Müdafiə Qüvvələrinin bu addımı bəzi qanuni təhdidlərə cavab olaraq atılıb."

Fələstinin səhiyyə naziri Mayi Əl-Kayla İsrail Müdafiə Qüvvələrini basqın zamanı xəstəxanalara hücum etməkdə ittiham edib. "Hücum başlayanda işğalçı qüvvələr Ceninin Hökumət Xəstəxanasına hücum edərək, içəridə olan vətəndaşları ağır yaralayıb. İşğalçı qüvvələr Əl-Əmal xəstəxanasını da bir neçə dəfə atəşə tutub, içəridə olan bir vətəndaşı yaralayıb. Bu gün günortadan sonra onlar zirehli maşınlarla ixtisaslaşdırılmış İbn Sina xəstəxanasının həyətinə də basqın edib. Həmçinin onlar Cenində təcili yardım maşınlarına və işçilərinə yaralıları çatdırmasına qəsdən mane olublar. İşğalçı qüvvələrin təcili yardım maşınlarına və işçilərinə atəş açmasına bütün dünya şahid olub".

Beynəlxalq Qaçqınlar və digər insan haqları qrupları İsrailin sıx məskunlaşan Cenin qaçqın düşərgəsinə qarşı hava hücumlarından istifadəsinin həm narahatedici, həm də qeyri-mütənasib olduğunu bildirərək, həm İsrail ordusunu, həm də Fələstin yaraqlı qruplarını zorakılığı və xüsusən də mülki şəxslərə qarşı hər hansı hücumları dərhal dayandırmağa çağırıb.

XS
SM
MD
LG