Accessibility links

İsrail əsgərləri fələstinli nümayişçilərə atəş acıblar


Şahidlərin verdiyi məlumata əsasən, İsrail əsgərləri yüzlərlə fələstinli sərhəd istiqamətində hərəkət etdiyi zaman atəş açıblar

İsrail hərbi qüvvələrinin Qəzza zolağında fələstinli nümaiyşçilərə atəş açması nəticəsində 15 yaşlı oğlan həlak olub, onlarla insan yaralanıb.

Fələstinli həkimlərin bildirdiyinə görə insident cənubda yerləşən Rafah şəhəri yaxınlığında baş verib. Burada keçən həftənin cümə günü döyüş zamanı iki İsrail əsgəri və iki fələstinli qətlə yetirilmişdi.

Şahidlərin verdiyi məlumata əsasən, İsrail əsgərləri yüzlərlə fələstinli sərhəd istiqamətində hərəkət etdiyi zaman atəş açıblar.

İsrailin Ynet xəbər agentliyi bildirir ki, İsrail rəsmilərinin ölənlərdən xəbəri yoxdur və əsgərlər sərhəd ərazisini tərk etməkdən imtina edən nümayişçilərin ayağına güllə atıblar.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG