Accessibility links

ABŞ Dövlət katibi Yaxın Şərq sülh danışıqlarını xilas etməyə çalışır


ABŞ Dövlət katibi Hillari Klinton Yaxın Şərq sülh danışıqlarını xilas etməyə səy göstərərək, bir-birinin ardınca ikinci gündür fələstinlilərin prezidenti Mahmud Abbasla görüşəcək. Fələstinlilər İsrail yəhudi yaşayış məntəqələrinin inşasının məhdudlaşdırılması üçün bazar günü bitəcək müddəti uzatmasa, ABŞ-ın dəstəklədiyi danışıqlardan çıxacaqları ilə hədələyiblər. İsrail müddətin uzadılmasını nəzərdən keçirməkdən imtina edib, lakin kompromis əldə etməyə razı olduğunu bildirib. Obama administrasiyası yaşayış məntəqələrinin inşasının məhdudlaşdırılması üçün vaxtı uzatmaq məqsədilə İsrailə təzyiq göstərir və fələstinliləri danışıqlardan çıxmamağa çağırır.

XS
SM
MD
LG