Accessibility links

İsrail və fələstinli yaraqlılar arasında qarşıdurma ikinci gündür davam edir


İsrail və fələstinli yaraqlılar arasında qarşıdurma ikinci gündür davam edir
İsrail və fələstinli yaraqlılar arasında qarşıdurma ikinci gündür davam edir

İsrail fələstin yaraqlılarının ölkənin cənubunu raket atəşinə tutmasından bir neçə saat sonra bu gün Qəzza zolağında yaraqlılara qarşı hava hücumu həyata keçirib.

Tibb işçilərinin bildirdiyinə görə, cənubda Qəzza və Misir sərhəddi boyu İsrail təyyarəsinin hücumu zamanı bir fələstinli öldürülüb. İsrail hava hücumunu raket atan yaraqlıları hədəf almaq üçün keçirdiyini bidlirir.

Qəzzada mənzillənən yaraqlılar İsrailin cənubuna 10-dan çox raket atıb. İsrailin hərbi təyyarəsi isə yaraqlıların bir neçə obyektinə hcum edib.

İsrail ehtiyat tədbiri olaraq, Qəzzada 40 km. radius ərazidə məktəbləri bağlayıb.

İsrailin Qəzzada İslam Cihadı qrupuna qarşı şənbə günü keçirdiyi reydi zamanı doqquz yaraqlı öldürülüb. İslam Cihadı qrupun komandirinin ölənlər arasında olduğunu bildirir.

Fələstinli yaraqlılar buna cavab olaraq İsrailin cənubuna 20-dən çox raket atıb. Hücum nəticəsində bir İsrail vətəndaşı həlak olub, iki nəfər yaralanıb. Bu, Qəzzada son aylar tərəflər arasında ən ciddi qarşıdurmadır.

XS
SM
MD
LG