Accessibility links

İsrailin Qəzzaya endirdiyi zərbələr zamanı ölənlər arasında yüksək səviyyəli militant da olub


Fələstin rəsmilərinin bildirdiyinə görə, İsrail cümə günü Qəzzaya hava hücumu həyata keçirib və nəticədə biri yüksək səviyyəli militant olmaqla, azı 10 nəfər həlak olub, onlarla insan yaralanıb.

İsrail bu həftənin əvvəlində İordan çayının qərb sahilində daha bir yüksək səviyyəli bir militantın həbsindən sonra “ciddi təhlükəyə” cavab olaraq, “İslami Cihad” yaraqlı qrupunu hədəf aldığını bildirib.

Bir neçə saat sonra Fələstinli militantlar raket zərbələri endirməyə başladıqda İsrailin mərkəzi və cənubunda hava hücumu ilə bağlı xəbərdarlıq siqnalları səsləndirilib və demək olar ki, tərəfləri müharibəyə yaxınlaşdırıb. İslami Cihad 100 raket atdığını iddia edib.

İsraillə Qəzzanın yaraqlı Həmas qrupu arasında son 15 il ərzində bölgədəki 2 milyon Fələstin sakininə baha başa gələn dörd müharibə və bir neçə kiçik döyüşlər olub.

Cümə günü günorta saatlarında Qəzza şəhərində partlayış səsi eşidilib və hündür bir binanın yeddinci mərtəbəsində tüstü görünüb. Hərbçilər tərəfindən yayılan videoda militantların olduğu ehtimal edilən üç mühafizə qülləsinin partladıldığı əks olunub.

Cümə günü gecə milli televiziya ilə çıxışında İsrailin Baş naziri Yair Lapid ölkəsinin hücumlara “konkret təhdidlər” əsasında başladığını bildirib.

"Bu hökumətin Qəzzadan İsrail ərazisinə hər hansı bir hücum cəhdinə "sıfır dözümlülük" siyasəti var. İsrail dinc sakinlərinə zərər vurmağa çalışanlar qarşısında sakit durmayacaq” deyib Lapid.

O, həmçinin “İsrail Qəzzada genişmiqyaslı qarşıdurmaya maraqlı deyil, lakin ondan da çəkinməyəcək” - deyə, əlavə edib.

Fələstin Səhiyyə Nazirliyi ölənlər arasında 5 yaşlı qız və 23 yaşlı qadının olduğunu, 55 nəfərin isə yaralandığını bildirib.

“İslami Cihad”ın bildirdiyinə görə, öldürülənlər arasında Qəzzanın şimalındakı komandiri Taysir Əl-Cəbari də olub. O, 2019-cu ildə hava hücumu zamanı öldürülən başqa bir militantın yerinə keçmişdi. Yüzlərlə insan onun və digər öldürülənlərin dəfn mərasimində iştirak edib. Matəm mərasimində iştirak edənlərin çoxu Fələstin bayraqları və “İslami Cihad” şüarlarını dalğalandıraraq, qisasa çağırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG