Accessibility links

ABŞ iki dövlət prinsipini artıq İsrail-Fələstin sülhünün mütləq şərti hesab etmir


Ağ Evin yüksək səviyyəli rəsmilərindən biri çərşənbə axşamı deyib ki, İsraillə fələstinlilər arasında sülhə iki dövlət prinsipi əsasında nail olunması mütləq şərt deyil.

ABŞ rəsmisi İsrailin baş naziri Benyamin Netanyahunun çərşənbə günü Vaşinqtona səfərindən əvvəl jurnalistlərlə keçirilən brifinq zamanı deyib ki, Birləşmiş Ştatlar sülh şərtlərini diktə etməyəcəyini, lakin bunun əvəzində tərəflərin sonda əldə etdiyi razılığı dəstəkləyəcək.

İordan çayının Qərb sahilndə yəhudi yaşayış məntəqələri
İordan çayının Qərb sahilndə yəhudi yaşayış məntəqələri

Cənab Netanyahu isə Birləşmiş Ştatlara səfərə hazırlaşdığı vaxt Fələstin dövləti ilə bağlı suallardan yayınmağa çalışıb.

"İsraillə Amerika arasında ittifaq həmişə çox güclü olub və bu əlaqələr daha da güclənəcək. Prezident Tramp və mən regiondakı təhlükənin qaynaqlarını gördüyümüz kimi, imkanları da görürük. Biz həm də İsrail və Birləşmiş Ştatlar arasında münasibətlərin bir çox sahələrdə təkmilləşdirilməsini müzakirə edəcəyik" deyə, cənab Netanyahu bildirib.

Birləşmiş Ştatların uzun müddətdir rəsmi mövqeyi İsrail və fələstinlilərin danışıqlar yolu ilə razılığa gələrək, Şərqi Qüds paytaxt olmaqla fələstinlilərin Qəzzaya və İordan çayının Qərb sahilinə bütöv və ya qismən nəzarət etməsi ilə iki dövlətin yaradılması prinsipini dəstəkləməkdən ibarət idi. BMT-də iki öövlət prinsipini dəstəkləyir.

Sülh danışıqları təxminən üç il əvvəl heç bir razılıq əldə edimədən nəticələnmişdi.

XS
SM
MD
LG