Accessibility links

İsrail hərbi qüvvələri Həmas üzvlərini həbs edib


İsrail hərbi qüvvələri Həmas üzvlərini həbs edib
İsrail hərbi qüvvələri Həmas üzvlərini həbs edib

Fələstin yaraqlıları bu gün İsrailə 17 raket atıb, İsrail hərbi qüvvələri isə regionda dördüncü gündür davam edən zorakılıqlar zamanı Qəzza Zolağında hava hücumu həyata keçirib. Zorakılıqlar zamanı 15 fələstinli, 9 israilli və 5 misirli həlak olub. Fələstin polisinin bildirdiyinə görə, İsrail əsgərləri bu gün Qəzzada raket hücumlarından bir neçə saat sonra İordan çayının Qərb sahilində Həmasın bir çox üzvünü həbs edib. Cümə axşamı günü fələstinlilərin İsrailin Misirlə sərhəd yaxınlığında bölgədə pusqu zamanı 8 israillini öldürməsindın sonra İsrail hərbi qüvvələri və Fələstin yaraqlıları bir sıra hücumlar həyata keçirib. İsrail Həmasın nəzarətində olan Qəzza Zolğında olan yaraqlıların son günlər İsrailin cənubuna 100-dən çox raket atdığını bildirir. İsrailin hava hücumları nəticəsində əsas etibarilə fələstinli yaraqlıların öldüyü bildirilir. Hər iki tərəfdən mülki əhali arasında yaralananlar var. İsrail əsgərlərinin İsrail-Misir sərhəddində fələstinli hücumçuları təqib etdiyi zaman Misirin 5 polis zabiti həlak olub. Hadisə Misirdə böyük etirazlarla qarşılanıb. İsrailin Müdafiə naziri Ehud Barak zabitlərin ölümünə görə təəssüf hissi keçidiyini bildirərək, İsrailin Misir hərbi qüvvələri ilə hadisə ilə bağlı tam təhqiqat aparacağını deyib. Misir bu cavabın kifayıt olmadığını bildirib.

XS
SM
MD
LG