Accessibility links

İsrail parlamenti məhkəmə sistemindəki dəyişiklikləri təsdiqlədi


Israel Politics
Israel Politics

İsrail parlamentinin bazar ertəsi baş nazir Benyamin Netanyahunun dəstəklədiyi və aylarla kütləvi etirazlara səbəb olan məhkəmə sisteminə yenidən baxılması planına səs verərək onu təsdiqləyib.

Müxalifətdən olan millət vəkilləri "ar olsun" deyə qışqıraraq salonu tərk ediblər.

Bundan sonra zalda qalan 64 nəfər Ali Məhkəmənin səlahiyyətlərini və onun parllamentin qəbul etdiyi qərarlara zidd cıxmasını məhdudlaşdıracaq qanun layihəsinə səs verərək onu təsdiqləyib.

İsraildə Keyfiyyətli Hökumət Hərəkatı adlanan sivil cəmiyyət qrupu yeni qanun üzrə Ali Məhkəməyə müraciət edəcəyini və küçə aksiyalarının planlaşdırıldığını bəyan edib.

Netanyahu və onun siyasi müttəfiqləri seçilməmiş hakimlərin səlahiyyətlərini məhdudlaşdırmaq üçün bu dəyişikliklərin zəruri olduğunu, əleyhdarları isə qanun layihəsinin hökumət qolları arasında nəzarət və tarazlıq sisteminə zərər verəcəyini və ölkəni avtoritar idarəçiliyə sövq edəcəyini deyir.

Təklif olunan qanun cəmiyyətə parçalanmaya yol açıb. Belə ki, cəmiyyətin dünyəvi kəsimi onun əleyhinə, dindarlar isə lehinə çıxır.

Ağ Ev ABŞ Prezidenti Co Baydenin İsraili müxalifəti nəzərə alaraq, dəyişiklikləri qəbul etməyə tələsməməyə çağırıb.

"İsrailin ABŞ-dakı dostlarının nöqteyi-nəzərindən belə görünür ki, hazırkı məhkəmə islahatı təklifi parçalanmaya daha çox səbəb olur. Hazırda İsrailin üzləşdiyi təhdidlər və çağırışları nəzərə alsaq, İsrail liderlərinin tələsməsinin mənası yoxdur. Onların diqqəti insanları bir araya toplamağa və konsensus əldə etməyə yönəlməlidir," Bayden bir neçə xəbər təşkilatına verdiyi açıqlamasında bildirib.

XS
SM
MD
LG