Accessibility links

Qəzza Zolağında bir fələstinli öldürülüb


İsraillinin açılan atəş nəticəsində Qəzza Zolağında bir fələstinli həlak olub. Bu, İsraillə Həmas yaraqlıları arasında atəşkəs əldə ediləndən bəri ilk ölüm hadisəsidir.

Fələstin mətbuat rəsmilərinin sözlərinə görə Ənvər Qdei adlı şəxs sərhəd hasarına bir qrup fələstinli ilə yaxınlaşarkən güllələnib.

Hadisə zamanı bir neçə nəfər yaralanıb. Reuters xəbər agentliyi Qdeinin qohumlarına istinadən bildirib ki, o Həmas bayrağını sərhəd hasarına taxmaq istəyirdi.

İsrail rəsmilərinin bildirdiyinə görə bir qrup fələstinlinin İsrail sərhədinə yaxınlaşdığını görən İsrail əsgərləri göyə xəbərdarlıq atəşi açıb. Həmas yaraqlılarından dər hal reaksiya olmayıb.
Qəzzada Həmas baş naziri İsmayıl Haniyə ərazidə fərqli yaraqlı qrupları atəşkəsə hörmət bəsləməyə çağırıb.

İsrailin baş naziri Benyamin Netanyahu deyib ki, onun hökuməti atəşkəsə şans verib. Eyni zamanda o, atəşkəs pozulduğu təqdirdə İsrailin müdafiəyə hazır olduğunu bildirib.
XS
SM
MD
LG