Accessibility links

İsrail beynəlxalq etirazlara baxmayaraq Rəfaha hücum planlaşdırır


Rəfah. Qəzza zolağı. 16 fevral, 2024.
Rəfah. Qəzza zolağı. 16 fevral, 2024.

İsrail ordusu şənbə günü bildirib ki, qüvvələri Xan Yunisə Nasser xəstəxanasında 100-dən çox terror şübhəlisini həbs edib. İsrail Müdafiə Qüvvələrinin bildirdiyinə görə, xəstəxanada axtarış zamanı bir neçə şübhəli öldürülüb.

İsrail Müdafiə Qüvvələri həmçinin əsgərlərinin xəstəxananın generatorlarını hədf aldıqlarına dair ittihamları təkzib edib. İsrail ordusunu generatorları hədəf aldığı və generatorların sıradan çıxmasının xəstənada pasientlərin ölümü ilə nəticələndiyinə dair xəbərlər yayılıb.

HƏMAS-ın nəzarət etdiyi Qəzza Səhiyyə Nazirliyi bildirir ki, İsrail HƏMAS-ın oktyabrın 7-də İsraildə 1200 nəfəri öldürüb, təxminən 250 nəfəri girov götürdüyü hücumundan sonra İsrailin HƏMAS-a qarşı müharibə elan etdiyindən bəri, əksəriyyəti qadın və uşaq olmaqla, 29 minə yaxın insan ölüb.

Rəfahda sığınan yüz minlərlə fələstinlinin təhlükəsizliyi ilə bağlı artan beynəlxalq narahatlıqlara baxmayaraq, İsrailin müdafiə naziri Yoav Qallant cümə günü bildirib ki, İsrail Qəzza zolağının cənubundakı Rədah şəhərinə hərbi hücumu “hərtərəfli planlaşdırır.”

ABŞ Prezidenti Co Bayden İsraili mülki şəxsləri qorumaq üçün etibarlı plan olmadan əməliyyat həyata keçirməməyə və bunun əvəzinə diqqəti atəşkəsə yönəltməyə çağırıb. Misir bildirib ki, Rəfaha hücum iki ölkə arasında diplomatik münasibətləri təhlükəyə ata bilər. Bir çox başqa dünya lideri də bənzər narahatlıq mesajı verib.

Qəzza əhalisinin yarısından çoxu, təxminən 1.4 milyon insan Rəfaha sığınıb. Onların çoxu Qəzza zolağının digər hissələrində gedən döyüşlər səbəbilə didərgin düşüb. Yüz minlərlə insan geniş yayılmış çadır düşərgələrində yaşayır.

Bayden cümə günü deyib ki onun son bir neçə gündə İsrail baş naziri Benyamin Netanyahu ilə uzun telefon danışıqları olub və o, Netanyahunu griovları çıxara bilmək üçün Qəzzada müvəqqəti atəşkəsə çağırıb.

“Mən bunun ola biləcəyinə hələ də ümidliyəm,” Bayden Ağ Evdə müxbirlərə deyib.

“Mən ümid edirəm ki, israillilər bu arada heç bir kütləvi quru işğalı etməyəcəklər. Beləlikdə, mən bunun baş verməyəcəyini gözləyirəm. Atəşksə olmalıdır,” o deyib və əlavə edib ki, girov saxlanalanlar təkcə israillilər deyil. “Orada amerikalı girovlar da var,” o deyib və onların evlərinə geri dönəcəklərinə dair ümidini ifadə ediblər.

Bayden girovlarla bağlı danışıqların aparıldığını bildirib.

Beynəlxalq Ədalət MƏhkəməsi cümə günü Cənubi Afrikanın Rəfah qorumaq üçün təcili tədbirlər görmək tələbini rədd edib, ancaq İsrailin ötən ay soyqırım işinin ilkin mərhələrsində tətbiq olunan tədbirlərə hörmət etməli olduğunu vurğulayıb.

ICJ bəyanatında bildirib ki, Rəfahdakı “təhlükəli vəziyyət Məhkəmənin 26 yanvar 2024 tarixli qərarında qeyd etdiyi müvəqqəti tədbirlərin dərhal və səmərəli həyata keçirilməsini tələb edir. Həmin qərar bütün Qəzza zolağına, o cümlədən Rəfaha tətbiq olunur və əlavə müvəqqəti tədbirlərin göstərilməsini tələb etmir.”

Beynəlxalq məhkəmə həmçinin əlavə edib ki, İsrail “Qəzza zolağında fələstinlilərin təhlükəsizliyini təmin etmək də daxil olmaqla, Soyqırım Konvensiyasından və qeyd olunan Qərardan irəli gələn öhdəliklərinə tam əməl etməyə borcludur.”

İsrail mülki vətəndaşlar qorumaq üçün əlindən gələni etdiyini və yalnız HƏMAS militantlarını hədəf aldığını, və onların mülki ərazilərdə gizlənmək taktikası həyata keçirdiyini, bunun da İsrailin mülki vətəndaşlar arasında ölüm hallarının qarşısını almağını çətinləşdirdiyini deyir.

Ötən ay məhkəmə İsrailin Qəzzada ölüm, dağıntı və hər hansı soyqırım əməlinin qarşısını almaq üçün mümkün olan hər şeyi etməsinə əmr verib, ancaq panel onun fələstinli anklavı zəbt edən hərbi hücuma son verməsini əmr etməyib.

İsrail Qəzzada soyqırım törətdiyini qətiyyən inkar edir.

Bu arada isə Beynəlxalq Ədalət Məhkəməsi bazar ertəsindən etibarən İsrailin fələstinli ərazilərin işğalının hüquqi nəticələri ilə bağlı altı günlük dinləmə keçirəcək.

Forum

XS
SM
MD
LG