Accessibility links

Fələstinli etirazçılarla İsrail əsgərləri arasında qarşıdurma olub


Fələstinli etirazçılarla İsrail əsgərləri arasında qarşıdurma olub.

İordan çayının qərb sahili və Qəzzada prezident Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımasına ciddi etirazlar bildirilir.

Ramallada nümayişçilər İsrail əsgərlərini daşa basıb, təkərləri yandırıb. Onlarla insan kiçik xəsarətlər alıb.

İsa peyğəmbərin doğulduğu Betlehemdə əsgərlər nümayişçilərə qarşı su şırnağı və gözyaşardıcı qazdan istifadə edib.

Etirazçılar İsrailin baş naziri Benyamin Netanyahu və ABŞ prezidenti Donald Trampın şəkilləri, habelə hər iki ölkənin bayraqlarını yandırıb.

Fələstinlilər ümummilli tətil elan edərək, məktəb və biznesləri bağlayıb.

Qəzzanı idarə edən Həmas qrupu fələstinliləri İsrailə qarşı qiyama səsləyib. Təşkilat bildirib ki, dekabrın 8-də bütün müsəlmanlar “qəzəb günü” aksiyaları keçirməlidir.

Kreml də ABŞ prezidenti Donald Trampın qərarını qətiyyətlə pisləyib və bildirib ki, bu addım Yaxın Şərqdəki vəziyyəti mürəkkəbləşdirib və beynəlxalq ictimaiyyəti parçalayıb.

Rusiya prezidentinin sözçüsü Dmitri Peskovdan başqa, Trampın qərarını dünya boyunca ABŞ-ın müttəfiqləri də daxil olmaqla yanaşı, bir çox liderlər tənqid ediblər.

Peskov bilirib ki, prezidentlər Putin və Ərdoğan bu addımın Yaxın Şərq sülh prosesinə təsirlərini müzakirə edəcəklər.

ABŞ-ın müttəfiqləri Almaniya və Səudiyyə Ərəbistanı, habelə Britaniya və Avropa İttifaqı bu qərarı pisləyərək, Trampın bu addımı regionda sülhün bərqərar edilməsinə yönəlmiş danışıqları daha da çətinləşdirir.

Səudiyyə Ərərbistanı qərarı “məsuliyyətsiz” adlandırıb və deyib ki, bu addım sülh prosesinin irəli aparılması səylərində “ciddi geriləməyə” səbəb olacaq.

Almaniyanın xarici işlər naziri Siqmar Qabriel Trampın qərarını “onsuz da böyük problemin daha da mürəkkəbləşdirilməsi” adlandırıb və qeyd edib ki, bu hərəkət “İsrail və fələstinlilər arasındakı münaqişənin oduna yağ töküb”.

Fələstin prezidenti Mahmud Abbas deyib ki, Trampın “üzdəniraq” qərarından sonra Birləşmiş Ştatlar sülh prosesinin vasitəçisi rolunda çıxış edə bilməz.

İraqda İran tərəfindən dəstəklənən və hökumət qoşunları ilə birlikdə İŞİD-ə qarşı döyüşən şiə silahlı birləşmələri bildirib ki, Trampın qərarı “İraqdakı Amerika qüvvələrini tamamilə legitim hədəfə” çevirir.

BMT Təhlükəsizlik Şurasının əksəriyyəti ABŞ müttəfiqi olan 8 üzvü qurumun təcili iclasının keçirilməsinə çağırıb.

XS
SM
MD
LG