Accessibility links

İsrailin baş naziri xəstəxanaya yerləşdirilib, ancaq səhhətinin yaxşı olduğu deyilir


Baş nazir Benyamin Netanyahunun ofisi bildirib ki, o şənbə günü İsraildə xəstəxanada tibbi yoxlanışdan keçib, ancaq səhhəti yaxşıdır və onun hakimiyyəti ötürmə ehtimalının olduğuna dair heç bir əlamət yoxdur.

İsrailin Channen 12 televiziya kanalının məlumatına görə, 73 yaşında ikən ölkənin ən uzun müddətdir hakimiyyətdə olan lideri Netanyahu sinə ağrısı ilə tam şüurlu bir vəziyyətdə Tel Haşomer qəsəbəsindəki Şeba Xəstəxanasına aparılıb və təcili yardım otağına özü daxil olub.

Kanal əlavə edib ki, ona sedativ preparatlar verilməyib və onun fəaliyyət qabiliyyətini itirməsinə gətirib çıxaracaq heç bir prosedur aparılmayıb.

Fövqəladə bir vəziyyət olduğunda onu kimin əvəz edə biləcəyi aydın deyil.

İlk dəfə mühafizəkar Likud partiyasının başçısı kimi baş nazir seçilən Netanyahu həm dinamik həm qütbləşdirici olub. O, İsraildə azad-bazar inqilabına başçılıq edib, eyni zamanda isə fələstinlilərlə beynəlxalq səviyyədə dəstəklənən sülhquruculuğuna və İranın nüvə proqramını məhdudlaşdırmaq üçün danışıqlara inamsızlıq sərgiləyib.

O, məhkəmə sistemində islahat aparmaq planı səbəbilə ölkə daxilində etirazlarla üzləşir.

XS
SM
MD
LG