Accessibility links

Minlərlə insan Qüdsdə əsgər Şalitin müdafiəsinə yürüşdə iştirak edir


Polis bu gün fəalları İstiqlaliyyət parkında axşam yürüş keçirdiyinə görə şəhərə hüquq-mühafizə orqanlarının min beş yüz zabitini yerlədirib

İsrail polisi ələ keçirilmiş İsrail əsgərinin minlərlə tərəfdarının 12 gün sürən yürüşü başa çatdırdığı Qüdsdə təhlükəsizilk tədbirlərini gücləndirib. Polis bu gün fəalların İstiqlaliyyət parkında axşam yürüş keçirməsinə görə şəhərə hüquq-mühafizə orqanlarının min beş yüz zabitini yerlədirib.

2006-cı ildə Həmas tərəfindən ələ keçirilmiş Gilad Şalitin tərəfdarları onun azad edilməsi üçün hökumətin daha çox görməsini istəyir. Şalitin dörd ildir saxlandığını qeyd edən ailə üzvləri İsrailin şimalında yaşadığı yerdən Qüdsə qədər yürüş təşkil ediblər.

İsrailin Daxili işlər naziri Eli Yişay da daxil olmaqla, minlərlə insan yolda Şalitin ailə üzvlərinə qoşulub.

XS
SM
MD
LG