Accessibility links

İsrail raket atəşinə cavab olaraq Livana zərbələr endirib


İsrail hərbi qüvvələrinin çərşənbə axşamı bildirdiyinə görə, Livandan İsrailin işğalı altında olan Colan təpələrinə doğru 100 raketdən bəziləsinin atıldığı üç qurğunu məhv etmək üçün hava hücumu həyata keçirib.

Sərhəddə bu zorakılıq Qəzza zolağında İsrail-HƏMAS müharibəsinin regionun digər hissələrinə yayılması ilə bağlı beynəlxalq narahatlıqlara səbəb olan davamlı döyüşlərin növbəti mərhələsidir.

İsrail həmçinin çərşənbə axşamı HƏMAS silahlı qruplaşmasını məhv etmək kampaniyasını davam etdirərək, Qəzzanın cənubunda Xan Yunis bölgəsinə yeni hava hücumları həyata keçirdiyini bildirib.

Birləşmiş Millətlər Təşkilatı Qəzzada ərzaq böhranının dərinləşdiyi barədə xəbərdarlıq etdiyi bir vaxt 200 ton yardım yüklənmiş gəmi çərşənbə axşamı Kiprdən yola çıxıb.

Yardım Birləşmiş Ərəb Əmirlikləri, İspaniyanın "Proactiva Open Arms" xeyriyyə təşkilatı və "World Central Kitchen" yardım qrupu arasında əməkdaşlıq layihəsinə əsaslanır.

Bu, Qəzza sahillərində körpü tikintisini də əhatə edir və döyüşlər və İsrailin yoxlamaları səbəbindən yük maşınlarının tədarükünün məhdudlaşdırıldığı Qəzzaya yardımın çatdırılmasına yeni bir yanaşma olacaq.

"World Central Kitchen”ın qurucusu Hose Andres X səhifəsində gəminin artıq yolda olduğunu və səy uğursuz olsa belə, "ən böyük uğursuzluq cəhd göstərməməkdir" deyib.

ABŞ-ın ayrı hərbi missiyası aclıqdan əziyyət çəkən fələstinlilərə yük maşınları ilə daha çox humanitar yardımın keçməsini təmin etmək üçün Qəzza sahilində müvəqqəti limanın tikintisinə başlamaq məqsədiə Aralıq dənizinə doğru yola düşüb. Rəsmilər obyektin tikilib istifadəyə verilməsinin iki ay çəkə biləcəyini deyib.

Yekun plan İsrail qüvvələrinin HƏMAS militantları üçün heç bir silah keçirilmədiyindən əmin olmaq üçün yükü yoxladıqdan sonra Kiprdən Qəzzada müvəqqəti körpü ilə daha çox ərzaq və tibbi ləvazimat göndərilməsindən ibarətdir.

Qəzzada heç bir liman infrastrukturu olmadığı və 2007-ci ildən HƏMAS-ın bölgəyə nəzarəti ələ keçirdiyi vaxtdan İsrail donanmasının blokadası altında olduğu üçün müvəqqəti limana ehtiyac var.

İsrail bazar ertəsi Qəzzada həftə sonu həyata keçirdiyi hava hücumunun HƏMAS-ın yüksək rütbəli hərbi liderini hədəf aldığını bildirsə də, lakin hələ də onun öldürülüb-öldürülmədiyini müəyyən etməyə çalışır.

İsrail ordusunun sözçüsü, kontr-admiral Daniel Haqari bazar ertəsi keçirdiyi brifinqdə Mərvan İsanın olduğu ehtimal edilən sığınacağa zərbənin "şənbə və bazar günləri arasında" endirildiyini bildirib.

İssa HƏMAS-ın hərbi qanadı "İzzəddin Əl-Qəssam Briqadaları"nın ikinci komandiridir.

"Biz hələ də hücumun nəticələrini araşdırırıq və yekun təsdiq hələ gəlməyib" - deyə Haqarı bildirib.

Forum

XS
SM
MD
LG