Accessibility links

İsrail Rəfahın ən hündür binasına zərbə endirib


İsrail qüvvələrinin şənbə günü Qəzza zolağının cənubundakı Rəfah şəhərində ən böyük yaşayış binasından birini vurması nəticəsində onlarla ailə evsiz qalıb. İsrail həmin binanın HƏMAS tərəfindən İsrailə hücumları planlaşdırmaq üşün istifadə edildiyini iddia edib.

Ölənlərin olmadığı bildirilib.

İsrailin ən son hücumu bir milyondan çox didərgin düşən fələstinlinin sığındığı anklavın hələ ki, hədəf alınmayan ən son hissəsinə təzyiqi artırır.

Misirlə sərhəddən 500 metr aralıda yerləşən binanın 300 sakininidən biri Reuters-ə bildirib ki, İsrail gecə onlara binadan qaçmaları üçün 30 dəqiqə öncədən xəbərdarlıq edib.

“İnsanlar çaşqın idi, pilləkənlərdən aşağı qaçırdılar, bəziləri yıxıldı, xaos yaranmışdı. İnsanlar əşyalarını, pullarını geridə qoydular,” Məhəmməd Əl-Nabirs deyib. O bildirib ki, evakuasiya zamanı pilləkənlərdən düşənlər arasında onun dostunun hamilə yoldaşı olub.

Vəziyyət pisləşir

HƏMAS-ın İsrailə terror hücumunun səbəb olduğu müharibənin başlamasından beş ay sonra Qəzzada vəziyyət pisləşir. İsrailin göstəricilərinə əsasən, həmin hücum 1200 nəfərin, xüsusilə də mülki vətəndaşların ölümü, 230 israilli və başqa ölkələrin vətəndaşlarının girov alınması ilə nəticələnib.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin şənbə günü yaydığı açıqlamaya əsasən, “İnsanların gedə biləcəyi təhlükəsiz yer yoxdur.”

Qəzzada HƏMAS-ın nəzarət etdiyi səhiyyə rəsmiləri deyir ki, təxminən 31 min fələstinli ölüb, əlavə minlərlə cəsədin dağıntılar altında qaldığı güman edilir.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Mircana Spoljarik Qəzzada mülki vətəndaşlar arasında davam edən ölüm hallarını pisləyib və HƏMAS tərəfindən saxlanan bütün girovların təcili olaraq qeyd-şərtsiz sərbəst buraxılmasına çağırıb.

Spoljarik bəyanatında həmçinin Qəzzada ehtiyacı olan insanlara mənalı yardımın çatmasına və Qırmızı Xaçın girovları ziyarət etməsinə imkan vermək üçün hərbi əməliyyatların dayandırılmasına çağırıb. Bundan əlavə o, İsrail həbsxanasında olan fələstinli məhbuslarla humanist rəftar olunmasını tələb edib.

Bəyanatda deyilir ki, hərbi əməliyyatlar dayandırılsa, Qırmızı Xaç neytral vasitəçi olaraq ərzaq, sığınacaq və gigiyena yardımı edə bilər. “Beynəlxalq Qırmızı Xaç Komitəsinin Qəzzanın səhiyyə, elektrik və su sahələrində uzun müddətdir apardığı işi bizə bu mühüm xidmətləri sürətli bir şəkildə dəstəkləməyə imkan verə bilər.”

Dənizlə çatdırılan yardım

Qıtlığın astanasında olan əhaliyə yardım səyləri çərçivəsində düyü, un və zülal kimi yardım ləvazimatları daşıyan gəminin şənbə günü Kiprdən yola düşməsi gözlənilir.

İspaniyanın qeyri-hökumət təşkilatına məxsus The Open Arms gəmisinin bu həftəsonu Qəzzaya ilk missiyası üçün yola çıxacağı gözlənilir. Gəmi adətən dənizdə miqrantları xilas etməyə göndərilir.

Bu pilot layihə beynəlxalq Ümumdünya Mərkəzi Mətbəx xeyriyyə təşkilatı tərəfindən idarə olunur və BƏƏ tərəfindən maliyyələşdirilir.

Xeyriyyə təşkilatı açıqlamasında bildirib ki, “Ümumdünya Mərkəzi Mətbəx və tərəfdaşları birdən çox gəmiyə ehtiyac olacağına inanır və davamlı yardım axını üzərində işləyir.” Təşkilat həmçinin əlavə edib ki, ilkin çatdırılmadan sonra əlavə 500 ton yardım göndəriləcək.

Atəşkəslə bağlı danışıqlar

Bu arada isə mümkün atəşkəslə bağlı danışıqlar dalana dirənib.

ABŞ dövlət katibi Antoni Blinken cümə günü deyib ki, yaxın gələcəkdə atəşkəsin olub-olmayacağı HƏMAS-dan asılıdır. Vaşinqtonda Türkiyə nümayəndə heyəti ilə görüşdən öncə danışan Blinken deyib ki, Birləşmiş Ştatlar atəşkəs üzərində işləməyə davam edir, baxmayaraq ki, HƏMAS vasitəçiləri Qahirədəki danışıqları tərk edib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG