Accessibility links

İsrail girovlar azad edilmədiyi təqdirdə Ramazan ayında Rəfaha hücumla hədələyir


Fələstin fövqəladə hallar xidmətləri İsrailin Rəfahda yaşayış binasına endirdiyi zərbədən sonra sağ qalanları axtarır, 19 fevral 2024.
Fələstin fövqəladə hallar xidmətləri İsrailin Rəfahda yaşayış binasına endirdiyi zərbədən sonra sağ qalanları axtarır, 19 fevral 2024.

Qəzzanın səhiyyə rəsmilərinin oktyabr ayından bəri orada həlak olan fələstinlilərin sayının 29 min nəfəri keçdiyini bildirdiyi vaxt İsrail qüvvələri bazar ertəsi Qəzza zolağının cənubunda hava hücumları və quruda əməliyyatlar həyata keçirib.

İsrail ordusu bazar ertəsi Qəzzanın cənubundakı ən böyük şəhər olan Xan Yunisə zərbələr endirib. Eyni zamanda, beynəlxalq ictimaiyyətin İsrailin 1,5 milyon fələstinlinin sığınacaq tapdığı Rəfah şəhərinə planlaşdırılan hücumu ilə bağlı narahatlıqları qalmaqdadır.

Ümumdünya Səhiyyə Təşkilatının Xan Yunisdə artıq fəaliyyət göstərmədiyini bildirdiyi Nasser Xəstəxanası və onun ətrafında döyüşlər gedir. BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi qalan xəstələrin xəstəxanadan çıxarılması üçün danışıqların davam etdiyini bildirib.

Bazar günü Ümumdünya Səhiyyə Təşkilatı və Fələstin Qızıl Aypara Cəmiyyəti mühasirədə olan xəstəxanadan 14 xəstəni Qəzzada səhra xəstəxanalarına təxliyyə edib.

HƏMAS-ın idarə etdiyi Səhiyyə Nazirliyi ötən gün ərzində 107 nəfərin öldüyünü, İsrailin Qəzzada həyata keçirdiyi əməliyyatlarda yaralananların ümumi sayının isə 69 mini keçdiyini bildirib. Nazirlik hesablamalarına mülki şəxsləri və militantları da daxil edir, lakin Qəzzada həlak olanların təxminən üçdə ikisinin qadın və uşaq olduğunu bildirir.

İsrailin Baş naziri Benyamin Netanyahunun Müharibə Kabinetinin üzvü, istefada olan general Benni Qantz bazar günü bildirib ki, HƏMAS Qəzzada saxladığı girovların qalan hissəsini müsəlmanların müqəddəs Ramazan ayından əvvəl azad etməsə, "döyüşlər Rəfah bölgəsinə qədər davam edəcək."

Ramazan ayının martın 10-da başlanması gözlənilir.

Qantz İsrailin Rafahda istənilən hücumunun evakuasiyanı asanlaşdırmaq və "mülki itkiləri mümkün qədər minimuma endirmək" üçün Misir və ABŞ-la koordinasiyalı şəkildə həyata keçiriləcəyini deyib.

Rəfahın Misir sərhədi yaxınlığında yerləşməsi və İsrailin Qəzza zolağında əks-hücumunun geridə qoyduğu genişmiqyaslı dağıntılar fonunda fələstinli mülki əhalinin təhlükəsiz şəkildə haraya gedə biləcəyi bəlli deyil.

Qəzza əhalisinin yarıdan çoxu hazırda Rəfahdadır. Belə ki, İsrailin evakuasiya əmrləri və hərbi əməliyyatların tədricən Qəzzanın şimal hissəsindən cənuba doğru irəliləməsi səbəbindən bir çoxları oraya qaçıb.

Netanyahu bazar günü İsrailin HƏMAS-ı məhv etmək üçün "işi sonunadək bitirmək" niyyətində olduğunu bir daha bəyan edib.

İsrail bazar günü əsas müttəfiqi ABŞ da daxil olmaqla, Fələstin dövlətçiliyinin "birtərəfli tanınması" ilə bağlı beynəlxalq çağırışları rədd edərək, belə bir razılaşmanın yalnız danışıqlar yolu ilə əldə oluna biləcəyini bildirib.

İordan çayının qərb sahilində və Qəzzada müstəqil Fələstin dövlətinin yaradılması kimi iki dövlətli həllə nail olunması səyləri 2014-cü ildən bəri dayandırılıb.

Forum

XS
SM
MD
LG