Accessibility links

BMT-nin Təhlükəsizlik Şurası İsrail və Fələstin qarşıdurması ilə bağlı təcili yığıncaq keçirib


Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş bir həftəlik döyüşlər nəticəsində 180 fələstinli və 8 israilli öldürüldükdən sonra mayın 16-da İsrail və fələstinlilər arasında “dərhal atəşkəs” elan edilməsinə çağırıb.

“Döyüşmələr dayandırılmalıdır. Dərhal dayandırılmalıdır ”- deyə, Quterreş Təhlükəsizlik Şurasının onlayn keçirilən təcili iclasında bildirib.

“Bir tərəfdə raket və minaatan, digər tərəfdə hava və artilleriya bombardmanları dayandırılmalıdır. Bütün tərəflərdən bu çağırışa rəayət etməyi xahiş edirəm” , o əlavə edib.

O, Birləşmiş Millətlər Təşkilatının “mənasız qan tökülməsi, terror və tələfat dövrü”nün bitirilməsi üçün dərhal atəşkəsə nail olmaq yolunda hər iki tərəflə fəal şəkildə çalışdığını deyib.

"Bütün tərəflər beynəlxalq humanitar hüquqa və beynəlxalq insan hüquqları qanununa hörmət göstərməlidir. Müqəddəs yerlərdə status-kvo qorunmalı və buna hörmət edilməlidir" - deyə baş katib qeyd edib.

UNICEF son bir həftə ərzində öldürülənlər arasında 55 fələstinli və 2 israilli uşağın da olduğunu bildirib.

Çin, Norveç və Tunis Təhlükəsizlik Şurasının nadir görülən iclasına dəvət edilib. Çinin xarici işlər naziri Vang Yi məclisin sədri olaraq iclasa rəhbərlik edib.

Tunis və Norveç xarici işlər nazirləri İordaniya və Misirdən olan həmkarları kimi şura üzvlərinə müraciət edib.

ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfild Vaşinqtonun mövcud eskalasiyaya son qoymaq üçün diplomatik kanallar vasitəsilə yorulmadan çalışdığını deyib.

O, Prezident Co Baydn şənbə günü həm İsrail Baş naziri Binyamin Netanyahu, həm də Fələstin Muxtariyyətinin Prezidenti Mahmud Abbas ilə danışdığını bildirib.

ABŞ Dövlət katibi Antoni Blinken İsrail və Fələstin rəsmilərindən əlavə bölgə liderləri ilə də ünsiyyət də olub.

Digər şura üzvləri döyüşlərin dərhal dayandırılması və tərəflərin iki dövlət variantının həlli yoluna xələl gətirən hər bir addımdan çəkinməyə çağırıb.

Ancaq əsas tərəflər gərginliyi azaltmaq üçün heç bir əlamət göstərməyib.

"Fələstinlilər tərəfindən törədilən zorakılıqlar terrorizm və İsrailin isə törətdiyi zorakılıqlar özünümüdafiə hesab edilir?" - deyə, Fələstin xarici işlər naziri Riyad Əl Malki sual edib.

İsrailin Birləşmiş Millətlər Təşkilatındakı səfiri Gilad Erdan Həması Fələstin Prezidenti Mahmud Abbasın seçkiləri təxirə salmaqla onun İordan çayının qərb sahilində gücü ələ keçirilməsinə mane olması ilə mövcud münaqişəni provokasiya etməkdə günahlandırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG