Accessibility links

ABŞ kampuslarında etirazlar fonunda İsrail amerikalı yəhudi tələbələri İsraildə təhsil almağa dəvət edir


ABŞ kampuslarında etirazlar fonunda İsrail amerikalı yəhudi tələbələri İsraildə təhsil almağa dəvət edir
please wait

No media source currently available

0:00 0:03:22 0:00

İsraildəki akademik qurumlar İsrailin Qəzzada müharibəsinə Amerika universitetlərinin kampuslarında etirazlara görə bir çox amerikalı yəhudi tələbələrin özlərini güvəndə hiss etmədiklərini deməsi səbəbi ilə ABŞ universitetlərini tərk etmək istəyən tələbələri qəbul etməyi planlaşdırdıqlarını bildirirlər.

Amerika universitetlərində Fələstinə dəstək və İsrail əleyhinə etirazlar bəzi yəhudi tələbələrin kampuslarda özlərini narahat hiss etmələrinə səbəb olur.

Maya Reznik Tel-Əviv Universiteti ilə Nyu-Yorkda Kolumbiya Universiteti arasında ikili diplom proqramının tələbəsidir və təhsilə bu ilin sonunda başlamağa hazırlaşır.

Lakin İsrail əleyhinə etirazlar onu yenidən düşünməyə vadar edib. Tel Aviv/Kolumbiya Universiteti Tələbəsi Maya Resnik: "Bu proqramda olduğum üçün nəzarət altında olduğumu bildiyim üçün bunun üzücü, narahatedici və bir az qorxulu olduğunu düşünürəm. Bir çox həmyaşıdlarım proqramın çıxarılmasını istəyir. Buna görə də mən bir o qədər də xoş qarşılanmadığımı bir hiss edirəm."

Kolumbiya universitetində özünü İsrail tərəfdarı kimi tanıdan və Qəzzada HƏMAS tərəfindən saxlanılan israilli girovlara dəstək nümayişi keçirən bəzi yəhudi tələbələr təzyiqlərə məruz qaldıqlarını bildirir. Kolumbiya Universitetinin tələbəsi Melisa Saydak: "Yəhudilərə hücum edilədi. Mən özüm də təqiblərə məruz qalmışam. Bir nəfər mənə qışqırıb məni sionist və qatil adlandırdı. Biz hazırda kampusun kifayət qədər ifrat bir ideologiya tərəfindən zəbt edildiyini hiss edirik. Düşünürəm ki, bu, çox kədərlidir, çünki çoxumuzu Fələstinin azadlığı və azad Fələstin ideyası düşündürür".

Bəzi israilli alimlər deyirlər ki, ABŞ-da Fələstin tərəfdarı düşərgələr İsrail-Fələstin münaqişəsinin mürəkkəbliyini başa düşmür. Hayfa Universiteti David Barak-Qorodetski:

"İsrail dövləti və İsrail universitetləri olaraq biz İsrail və İsrail-Fələstin münaqişəsi ilə bağlı ətraflı müzakirələrin aparıla biləcəyibir mühit təmin etməkdir."

Hayfa Universiteti və İsrailin digər universitetləri amerikalı yəhudi tələbələr və müəllimlərə müvəqqəti və ya daimi olaraq İsrailin akademik institutlarına keçmək imkanı təklif edir.

İsrailin nüfuzlu "Technion" texnologiya institutu amerikalı tələbələr üçün texnoloji tədqiqatlara əlavə olaraq intensiv İvrit dilini də əhatə edəcək bir illik hazırlıq proqramını sürətləndirir. “Technion”a artıq proqramla bağlı məlumat almaq üçün onlarla müraciət daxil olub. "Technion" İsrail Texnologiya İnstitutunun prezidenti Uri Sivan: "Biz burada onlara tələbə olaraq vaxt keçirmək imkanı təklif edirik. Onlar bizim təhsiliə inteqrasiya edə bilər. Bu, bizim aspirantura proqramında xüsusilə asandır. Fakültə olaraq biz onlara burada vaxt keçirmək, mövcud tədqiqatlara qatılmaq, öz araşdırmaları ilə bölüşmək, tələbələrimiz və fakültəmizlə əməkdaşlıq etmək imkanı təklif edirik".

Anti-İsrail düqşərgələri tələbələr yay tətilində evlərinə getdikdə boşala bilər. Lakin Qəzzada atəşkəs olsa belə, bəzi yəhudi tələbələr İsrailə qarşı əhvali-ruhiyyənin davam edə biləcəyindən narahatdır.

Forum

XS
SM
MD
LG