Accessibility links

Qəzzada böhran pisləşdiyi bir vaxtda, İsrail Baydenin dəstək nümayişini xoş qarşılayıb


Qəzzada böhran pisləşdiyi bir vaxtda, İsrail Baydenin dəstək nümayişini xoş qarşılayıb
please wait

No media source currently available

0:00 0:03:28 0:00

ABŞ Prezidenti Co Baydenin çərşənbə günü İsraildə məqsədlərindən biri Qəzza zolağında humanitar böhranı həll etmək idi. O, Qəzzada xəstəxanada təxminən 500 nəfərin ölümü ilə nəticələnən partlayışdan sonra çərşənbə günü İsrailə səfər edib.

İsrail yəhudi dövlətinin xalqı və liderləri ilə həmrəylik nümayişi üçün oraya səfər edən Co Baydeni xoş qarşılayıb. İsrail rəsmiləri ilə görüşlərdən sonra o, HƏMAS-ın hücumu nəticəsində sağ qalanlar və xilasedicilərlə vaxt keçirib.

Prezident Baydenin İsrailə səfərindən bir neçə saat öncə Qəzzanın mərkəzində Əl-Əhli xəstəxanasına raket zərbəsi minlərlə fələstinlinin ölümünə səbəb olub. HƏMAS rəsmiləri İsraili günahlandırıb və minlərlə fələstinli İordan çayının qərb sahilində etiraz aksiyası keçirib. Onların bəziləri daş atıb, fələstinli təhlükəsizlik qüvvələri isə önları gözyaşardıcı qazlarla dağıdıb.

İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Haqari hər hansı məsuliyyəti rədd edib və militantları günahlandırıb.

“Qəzzada Əl-Əhli Mamadani Xəstəxanasında partlayışa İslami Cihad tərəfindən səhvən atılan raket səbəb olub,” o deyib.

İsrailə misli görülməmiş dəstək vəd etməklə yanaşı, Prezident Bayden orada Qəzzada artan humanitar böhranla bağlı narahatlığını ifadə edib. İsrail HƏMAS-ın 200 israillini girov saxladığı Qəzzaya elektrik, yanacaq və ərzaq təchizatını blok edib.

Qəzzanın 2.2 milyon sakini üçün yük maşınları ilə dolu beynəlxalq yardım Misirdə Rəfah sərhəd keçid məntəqəsində toplaşıb. Rəfah keçid məntəqəsi zorakılıqlar başlayandan bəri bağlanb.

Bayden İsraili Misirdən bu yardımın Qəzzaya daxil olmasına icazə verməyə inanıdrmaqda müvəffəq olub. Ancaq İsrail Baş Nazirinin ofisi deyir ki, israilli girovlar sərbəst buraxılmayanadək İsrail öz ərazisindən Qəzzaya yardımın çatdırılmasına icazə verməyəcək.

“Qəzzada təcili çıxışa ehtiyac var. Rəfahdakı dəhliz mümkün qədər tez açılmalıdır. Yanacaq, su, ərzaq və əlbəttə ki, dərman və tibbi ləvazimatlara mütləq ehtiyac var. Təchizatlar hazırdır, onlar sərhəddədir, onlar buraya daxil olmağı gözləyir,” ÜST-ün İordan çayının qərb sahili və Qəzza ofisindən Dr. Rik Piperkorn deyir.

İsrail bir milyondan çox fələstinliyə Qəzzanın şimalın tərk etməyə və cənuba getməyə göstəriş verib və bunun onların təhlükəsziliyi üçün vacib olduğunu deyib.

Yarım milyona yaxın insan bunu edib. Onlardan biri Qəzzada Britaniyanın xeyriyyə təşkilatı Oxfamda çalışan Fidaa Əl-Ərəcdir.

O deyir ki, müharibə başlayandan bəri o, həyat yoldaşı, beş uşağı və qaynanası ilə birlikdə üç dəfə yer dəyişib və indi Misir sərhədi yaxınlığında Rəfahdadır.

“Biz əsasən uşaqlara və qaynanama görə daha təhlükəsiz yer axtarırıq/// O yürüyə və qaça bilmir. Ona görə də biz təhlükəsizlik axtarışındayıq, baxmayaraq ki, mən Qəzza zolağında hələ də təhlükəsiz adlandıracağımız bir yerin olduğuna şübhə edirəm,” o deyib.

Fələstin Səhiyyə İdarəsi və Qəzzada Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, müharibə başlayandan bəri 3000-dən çox insan, o cümlədən 1500 qadın və uşaq öldürülüb. Ölən və yaralananların sayı xəstəxanaya hücumdan sonra xeyli artıb.

“Mənim xalam oğlu, onun ailəsi evlərində bombalanadı, anası, arvadı və beş uşağı müharibədən üç gün sonra hava hücumu nəticəsində parçalandı. Uşaqları - ən böyüyü 13, ən balacası 2 yaşında idi – onlar sözün əsl mənasına parçalara bölündü. Dəfn etmək üçün cəsədləri belə qalmadı,” Fidaa Əl-Ərəc deyir.

Münaqişə artdığı və İsrailin yaxında Qəzzaya qurudan hücum edəcəyi gözlənildiyi bir vaxtda, Əl-Ərəc deyir ki, o və digər fələstinlilər Qəzzada həyatın daha da təhlükəli olacağından narahatdırlar.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG