Fələstinin səhiyyə rəsmiləri çərşənbə axşamı işğal altındakı İordan çayının Qərb sahilindəki Maale-Adumim qəsəbəsinin ticarət mərkəzi qarşısında altı israillini yaralayan fələstinlinin İsrail qüvvələri tərəfindən öldürüldüyünü bildirib.
İsrailin Fövqəladə Hallar Xidmətinin bildirdiyinə görə, yaralananlardan ikisinin vəziyyəti ağırdır. Onlardan birinin 14 yaşında olduğu bildirilib.
Hücum zamanı vurulanlardan biri haqqında israilli Oren Brill "Biz restorana girdik və orada bədəninin yuxarı hissəsində güllə yaraları olan qurbanın huşsuz vəziyyətdə uzandığını gördük" deyib.
Sosial mediada yayılan və Reuters tərəfindən müstəqil olaraq təsdiqlənə bilməyən görüntülərdə açıq sarı gödəkçədəki hücumçunun yerdə qan içərisində hərəkətsiz səkidə uzandığını görmək olub.
Qəzza Zolağını idarə edən silahlı HƏMAS təşkilatı bildirib ki, hücum keçən həftə İsrail rəsmilərinin Qüdsdəki Məbəd Dağına getməsinə cavabdır.
Yəhudilikdə Məbəd Dağı, İslamda isə Əl-Əqsa məscidi kimi tanınan dini məkanın hüquqi statusu İsrail-Fələstin münasibətlərində ən mübahisəli məsələlərdən biridir.
Fələstinlilərin dövlət qurmaq istədikləri ərazilər arasında İordan çayının Qərb sahilindəki zorakılıqlar İsrailin artırdığı reydləri, fələstinlilərin küçə hücumları və yəhudi mühacirlərin Fələstin kəndlərinə hücumları fonunda daha da artıb.
Forum