Accessibility links

İsrail Qəzzaya doğru qurudan hücumunu genişləndirir


İsrail əsgərləri və tankları bazar ertəsi Qəzzanın şimalına doğru hərəkət edərək, anklavın dərinliklərində hərbi mövcudluğunu genişləndirib.

Associated Press agentliyi İsrail tankı və buldozerinin Qəzzanın əsas şimal-cənub magistral yolunu bağladığı videonu əldə edtdiyini bildirib.

İsrail Hərbi Hava Qüvvələri 24 saat ərzində Qəzzada HƏMAS-ın 600-dən çox hədəfini vurduğunu bəyan edib.

İsrail Suriya və Livandakı hədəfləri də vurduğunu bildirib. İsrail ordusu bazar ertəsi həyata keçirdiyi bu hücumların hər iki ölkədən edilən hücumlara cavab olduğunu deyir.

"İsrail ordusu terrorçuların Qəzza zolağında bina və tunellərdə barrikada quraraq, əsgərlərimiə hücum etməyə cəhd edən onlarla terrorçunu məhv edib" - deyə , İsrail Müdafiə Qüvvələri bildirib.

HƏMAS da həmçinin Qəzzanın şimal-qərbində şiddətli döyüşlərin getdiyini bildirib.

"Save the Children" (Uşaqları qoruyun) təşkilatının bəyanatında deyilib ki, Qəzzada üç həftə ərzində öldürülən uşaqların sayı “2019-cu ildən bəri dünyanın münaqişə zonalarında öldürülən uşaqların illik sayını ötüb”. İsrail-Qəzza münaqişəsində 3000-dən çox uşaq həlak olub.

İsrail tanklarının Fələstin anklavının qərb sahillərindəki şəkillərini şərq sərhədindən qurudan hücuma keçmək əmrini verməsindən 48 saat sonra dərc edib. HƏMAS İsrail tanklarını Qəzzanın şimalında raketlərlə vurduğunu bildirib və İsrail ordusunun Qəzzada rəliləyiş əldə etdiyinə dair xəbərləri ələ salıb. Xəbərlərin heç biri müstəqil olaraq yoxlanıla bilməyib.

İsrail ordusu bazar günü yenidən Qəzza zolağındakı fələstinli mülki vətəndaşları HƏMAS-a qarşı müharibənin mərkəzindən müvəqqəti olaraq cənuba təxliyə edilməyə çağırıb.

"Cənuba köçmək onların şəxsi təhlükəsizliyi üçündür" - deyə, ordunun baş sözçüsü, kontr-admiral Daniel Haqari bazar günü bildirib.
İsrail həmçinin bildirib ki, onun quru qüvvələri HƏMAS-ın bir neçə yaraqlısını son döyüşlər zamanı məhv etdikləri, Qəzzadan İsrailə keçən yeganə, Erez keçid məntəqəsi yaxınlığındakı tuneldən çıxarkən öldürüb.

HƏMAS-ın Qəzzanın altında silah-sursat, ərzaq və digər ləvazimatlar saxladığı geniş tunellər şəbəkəsi olduğu güman edilir.

Forum

XS
SM
MD
LG